Karvan Yevlax da parlayan Rüstəmli yeni mövsümə ÇL də oynayan klubda başlayacaq
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən mövsümün ikinci yarısını icarə əsasında keçirdiyi "Karvan-Yevlax"da uğurlu çıxışla yadda qalan, 27-ci turda "Kəpəz"lə matçda (4:1) het-trik edərək diqqət mərkəzinə düşən yarımmüdafiəçi Rauf Rüstəmlinin aqibətinin necə olacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onu bir neçə klub heyətində görmək istəsə də, "Sabah" 22 yaşlı futbolçunu heyətdə saxlamaq qərarına gəlib.
Belə ki, baş məşqçi Valdas Dambrauskas onun Yevlax komandasındakı performansını bəyənib və rəhbərliyə Raufu əsas komandada görmək istədiyini deyib. Qeyri-adi nəsə baş verməsə, onunla müqavilə yenilənəcək və litvalı mütəxəssis Rüstəmlinin 3 cəbhədə mübarizə aparacaq (UEFA Çempionlar Liqası, Bizon Azərbaycan Kuboku və Misli Premyer Liqasında) "bayquşlar"ın sıralarında özünü göstərməsinə şərait yaradacaq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 09 İyun 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















