“Karvan Yevlax” iki müdafiəçi ilə yollarını ayırıb
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Karvan-Yevlax” futbol komandası müdafiəçilər Elvin Yunuszadə və Əli Abdullayevlə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, hər iki futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb.
Təcrübəli mərkəz müdafiəçisi Elvin Yunuszadə ötən mövsüm “Karvan-Yevlax”ın heyətində bütün turnirlərdə 19 oyunda iştirak edib. Yunuszadə komandaya 2025-ci ilin yayında “Qəbələ”dən keçib.
Təcrübəli müdafiəçi karyerası ərzində “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi”, “Keşlə”, “Kəpəz” və “Qəbələ” komandalarında da çıxış edib.
24 yaşlı müdafiəçi Əli Abdullayev isə “Karvan”a 2023-cü ilin yayında “Zaqatala”dan keçib. O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 9 oyunda iştirak edib.
“Karvan-Yevlax” ötən mövsümdə Azərbaycan Premyer Liqasını sonuncu pillədə başa vuraraq Birinci Liqaya düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Avqust 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















