Karyerasında 49 cu titulunu qazanan Messi 2 rekorda imza atıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 sentyabr, AZƏRTAC
ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi karyerasında 49-cu titulunu qazanıb.
AZƏRTAC xəbər verir ki, argentinalı hücumçu bu uğura ötən gün komandası ilə birlikdə Kampeones Kubokuna yiyələnməklə sahib çıxıb.
“İnter Mayami” həlledici matçda Meksikanın “Krus Asul” klubuna 2:0 hesabı qalib gələrək tarixində ilk dəfə həmin titulu əldə edib. 49-cu komanda titulunu qazanan Messi bununla dünya rekordunu yeniləyib. Bu göstərici üzrə ikinci pillədə Braziliya millisi və “Barselona”nın sabiq müdafiəçisi Dani Alveş (45) qərarlaşıb.
Bundan başqa, “Krus Asul”la görüşdə fərqlənən Messi, həmçinin MLS tarixində bütün turnirlərdə komandası üçün 100 qol həddinə ən tez çatan (155 oyun) futbolçu olub.
Qeyd edək ki, Kampeones Kuboku hər il ABŞ və Meksika çempionatlarının qalibini üz-üzə gətirən qarşılaşmadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 17 Sentyabr 2026 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















