Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

“Kaş mən ölərdim, o yaşayardı” Aydın Xırdalanlının anası

“Kaş mən ölərdim, o yaşayardı” Aydın Xırdalanlının anası

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Aydın mənim ondan sonra gələcək həyatımı özü ilə bərabər aparıb getdi. Mən cismən yaşayıram. Aydının ruhu mənim yanımda, mənim ruhum Aydının yanındadır. Allah özü səbr verir. Mənə elə gəlirdi ki, onsuz yaşaya bilmərəm. Özünə də deyirdim ki, mən sənsiz bir gün də yaşaya bilmərəm. Aydın çox müalicələr aldı. Bilirsiniz ki, sirroz elə bir xəstəlikdir ki, onu heç cür sağaltmaq olmur. Allahın yazdığı ömürdür. Onu xilas edə bilmədim. Nə qədər mücadilə aparsam da alınmadı. Aydından sonra 6 ildir ki, yaşayıram. Buna yaşamaq demək olarsa.. Övladından sonra dünyasını dəyişən analara da həsrət çəkirəm ki, mən niyə yaşayıram? Qəbir üstünə gedirəm, oturub orada ağlayıram. Onsuz mənim üçün yaşamaq çox çətindir. O mənim arxam, dayağım idi. Hətta ölümündən sonra da mənim dayağımdır. Onun adı ilə yaşayıram mən. Hansı məclisə gedirəmsə haqqında danışırlar, onun üçün salavat çəkirlər. Şəhid anaları, övladını itirmiş analar mənə təsəlli oldu. Görürəm ki, Aydından cavanlar da rəhmətə gedib. Onlara baxıb təsəlli alıram. Neçə illər məclislərə getmədim, adam arasına çıxmadım. Hamı məni danladı.. Sonra yas mərasimlərinə, yas məclislərinə getməyə başladım. Kaş mən ondan əvvəl ölərdim”

Bunu Medianews.az-a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikəxanım Quliyeva deyib.

O daha sonra bəzi məqamlara aydınlıq gətirib:

“Çoxları elə bilir ki, Aydın evlənməmişdi. Xeyr, 2006-cı ildə ailə həyatı qurdu. Yoldaşı hələ də mənim yanımdadır, 6 ildir mənimlə yaşayır. Allah-təala övlad payı vermədi də. Mənim ən böyük peşmanlığım odur ki, Aydını gərək özümün istədiyim sənətə yönləndirərdim, meyxananı seçməzdi. Meyxananı əlavə sənət kimi deyərdi kaş. O universitetin Kütləvi tamaşa rejissorluğu fakültəsini bitirmişdi. Gərək elə rejissor fəaliyyətini davam etdirərdi. Aydının gözəl siması var idi. Ona rollar da verilə bilərdi. Peşmanlığım budur ki, onu bu sənətə yönəldə bilmədim. Kaş meyxanaya həyatını həsr etməzdi. Övladı olmamağının da peşmanlığını lap əvvəllər çəkdim. Sonra taleyi ilə barışdım. Əlbəttə ki, olsaydı yaxşı olardı. Allah rəva bilməyib, verməyib. Qəzəlləri, dediyi sözlər ona övladdan da artıqdır. Övlad bir nəsil gedir, sonra qurtarır. Böyük şairlərimizin övladlarını tanıyırlar? Xeyr! Ancaq şeirlərini, qəzəllərini tanıyırlar. Onlardan geriyə yadigar qalan sözlərdir. Aydının sözləri hamının qəlbində yaşayır. Övladı olsaydı bəlkə də heç kəsin ürəyində yaşamayacaqdı?! Yadigarı onun qəzəlləri, şeirləri, meyxanalarıdır. Aydının dəfnində gördüyüm izdiham mənə bunu deməyə əsas verir ki, o insanların qəlbində neçə illər yaşayacaq” deyə meyxanaçının anası bildirib.

Bikəxanım Quliyeva bildirib ki, oğlunun dostları onu tək qoymur, tez-tez maraqlanırlar:

“Heç kəsdən gileyim, gözləntim yoxdur. Mən elə Aydının özündən də görürdüm ki, gecələr toylarda olurdu, səhər gəlib axşama kimi yatırdı. Meyxana sənəti belədir də. İstəsələr yanıma gələrlər, istəməsələr də yox. Gözləmirəm də. Mehman Əhmədli hər zaman bayramlarda zəng edib məni təbrik edir. Başqalarına niyə giley-güzar etməliyəm ki? Hər kəsənin bir işi-gücü var. Bəlkə vaxt gələr nəvələrimin bir toyu olar, onlarla görüşərəm. Aydından sonra heç toylara getmərəm də. Bəlkə də nəvələrimin toyunda bir küncdə oturaram. Müğənnilərdən Əminə Şirin, Fədayə Laçınla çox gözəl münasibətim var. Əminə həmişə mənim üçün verilişlərdə salam göndərir. Fədayə Laçınla da ana-bala kimiyik. Rusiyada da olsa əlaqələrimiz var. Həmişə Aydının mahnılarını oxuyur, adını çəkir, mənə təşəkkür edir” deyə meyxanaçının anası bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:345
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri