Icma.az
close
up
RU
Kasıbları yoxdur, saqqız çeynəmək qadağandır, vətəndaşlara pul paylanılır Cənnət kimi Sinqapur VİDEO

Kasıbları yoxdur, saqqız çeynəmək qadağandır, vətəndaşlara pul paylanılır Cənnət kimi Sinqapur VİDEO

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sinqapur dünyanın ən kiçik 20 ölkəsindən biridir. 

Ölkə.Az Sinqapurla bağlı maraqlı faktları təqdim edir:

“Sinqapur” sözü sanskrit dilindən tərcümədə “şir şəhəri” deməkdir. Bu ölkədə ingilis, çin, tamil və malay dili rəsmi dil statusu daşıyır.

Adambaşına düşən illik gəlir 2024-cü ilin statistikasına görə təxminən 91 min dollar, orta maaş isə 5 min dollardır.
Dünya miqyasında adambaşına düşən ən yüksək gəlirin olduğu ölkələrdən biridir.

Yerə zibil atanlar 2000, eyni hal təkrarlandıqda isə 10 min Sinqapur dolları məbləğində cərimələnir və ictimai işlərə cəlb edilir.

Bu ölkədə işsizlik yoxdur. Yoxsulluq sıfır səviyyəsindədir, çünki dövlət rəsmi olaraq yoxsulluq həddi təyin etməyib.
Realda yoxsul vətəndaşlar var, lakin dövlət onlara ev, maddi yardım verir təhsil, səhiyyə və nəqliyyatda çoxlu güzəştlər edir. Buna görə də küçələrdə evsiz insanlar və dilənçilərə rast gəlmək demək olar ki, mümkün deyil.

Sinqapurda saqqız çeynəmək, satmaq və idxal etmək, əksər qapalı və açıq ictimai yerlərdə, siqaret çəkmək qadağandır. 

Bundan əlavə, gurultulu səsli avtomobil siqnallarından istifadəyə, o cümlədən ictimai yerlərdə uca səslə danışmağa və qışqırmağa icazə verilmir.
Hətta qeybət etmək də qadağandır. Belə ki, siz hansısa həmkarınızın qeybətini etsəniz, qanunla o sizi məhkəməyə verə bilər.

Vətəndaşların və Sinqapur Daimi Sakinlərinin Sinqapurda və xaricdə narkotik istifadə etməsi cinayətdir. Buna yol verənlər 1 ilə 10 ilədək həbs edilə və ya 20 min Sinqapur dolları məbləğində cərimələnə bilər.

Zorlama, adam öldürmə, narkotik ticarəti, çirkli pulların yuyulmasına yol verən şəxslər edam edilir.

Burada korrupsiya hallarına çox az rast gəlinir. Dünyanın ən təhlükəsiz 5 ölkəsindən biridir. 

Dövlətin büdcəsi çox olduqda vətəndaşlara alış-veriş çeki verir, tibbi yardım göstərir və ya pul paylayır. 

Sinqapur dünyada pasportu ən güclü olan ölkədir. Bu pasportla 195 ölkəyə vizasız səyahət etmək mümkündür.

Dünyadakı ən böyük ikinci ticarət limanı, eləcə də ən işlək hava limanlarından birinə sahibdir. 

Sinqapurdakı binalar 280 metrdən yüksək ola bilməz. Bununla belə istisnalar mövcuddur. Qadağanın səbəbi isə Sinqapurdakı binaların aviabazaya yaxın olması ilə bağlıdır.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri