Icma.az
close
up
RU
“Kasıbların bazarı” bağlanır? “Temu”ya zərbə

“Kasıbların bazarı” bağlanır? “Temu”ya zərbə

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ucuz alış-veriş platforması niyə araşdırılır; ekspertlər: “İstehlakçının seçim imkanları məhdudlaşa bilər”

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Çinin “Temu” elektron ticarət platforması ilə bağlı araşdırma aparır. Platformanın Azərbaycandakı təmsilçisi olan “PDD Holdings” şirkətinin rəqabət qanunvericiliyini pozub-pozmadığı araşdırılır.

Hurriyyet.media  xəbər verir ki, araşdırma rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü ilə bağlı qanunvericiliyin pozulması əlamətləri əsasında başlanılıb.

Agentlik “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı əlamətlər müəyyən edib.

Araşdırma Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əsasında aparılıb. Araşdırmanın nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, məsələ ilə bağlı iş qaldırılıb-qaldırılmamasına baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Yəni hazırkı mərhələdə “Temu”ya qarşı işin artıq qaldırıldığını demək düzgün deyil. Komissiya araşdırmanın nəticələrini qiymətləndirərək iş qaldırılması məsələsinə baxacaq.

Rəqabət Məcəlləsinin 43-cü maddəsinə əsasən, rəqabət qanunvericiliyinin pozulmasına dair müraciətlər, mediada yayılan məlumatlar, monitorinq və təhlillər əsasında rəqabət orqanı tərəfindən araşdırmalara başlanıla bilər. Araşdırma nəticəsində qanunvericiliyin pozulması əlamətləri müəyyən edilərsə, müvafiq subyekt barədə iş qaldırılır. Belə əlamətlər aşkar edilmədikdə isə araşdırmaya xitam verilir.

Məsələnin əsas suallarından biri “Temu”nun Azərbaycan bazarından çıxarılıb-çıxarılmayacağıdır.

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə belə bir addıma ehtiyac olmadığını düşünür. O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əksinə, elektron ticarət platformalarının fəaliyyətinin genişləndirilməsi üçün imkan yaradılmalıdır: “Antiinhisar Komitəsi vətəndaş məmnuniyyəti üçün deyilmi? Buna görə də vətəndaşın maraqlarını qorumalıdır. Vətəndaş məmnundursa, ucuz mal ala bilirsə, vaxtında çatdırılma olursa, deməli, problem yoxdur. Vətəndaşın hüquqlarını pozanda, onlara keyfiyyətsiz mal satanda, onları aldadanda, bəli, o zaman dövlət orqanları vətəndaşı qorumalıdırlar. İndi vətəndaş razıdırsa, şikayət yoxdursa, burada inhisarçılıq qanunvericiliyinin işə düşməsinə nə ehtiyac var?

Ölkədə o qədər inhisarçılıqla bağlı görülməli işlər var ki. Məsələn, elə mobil operatorlar inhisarçılıq qanunvericiliyinə zidd hərəkət edirlər. Çünki bazarın böyük hissəsinə nəzarət edirlər, qiymətləri də istədikləri an qaldırırlar.

Vətəndaş nədən məmnundursa, ona toxunmaq olmaz. Əksinə, onun işini genişləndirmək lazımdır. Bütün dünya artıq onlayn sifarişlər üzərinə inşa olunur. Əksinə, imkan yaratmaq lazımdır ki, başqa rəqiblər də yaransın, rəqabət olsun bu bazarda. Niyə bunu məhdudlaşdırmaq lazım gəlsin ki?"


Akif Nəsirli

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli hesab edir ki, hazırkı mərhələdə “Temu”nun Azərbaycan bazarından çıxarılacağını demək doğru olmaz. Onun sözlərinə görə, hazırda söhbət işin qaldırılması məsələsinə baxılmasından gedir və bu, avtomatik olaraq platformanın fəaliyyətinin dayandırılması və ya ölkədən çıxarılması demək deyil. Ekspert hesab edir ki, əvvəlcə şirkətin hansı konkret hərəkətlərinin rəqabət qanunvericiliyini pozduğu hüquqi baxımdan əsaslandırılmalıdır.

“Burada əsas məsələ ”Temu"nun ucuz qiymətlər təklif etməsi deyil, bu qiymət siyasətinin rəqabəti sıxışdırmaq məqsədi daşıyıb-daşımamasıdır. Elektron ticarət platforması uzun müddət çox aşağı qiymətlərlə işləyərək yerli satıcıları bazardan çıxarırsa, rəqiblərin fəaliyyətini məhdudlaşdırırsa və sonradan bazarda dominant mövqeyindən istifadə edərək qiymət və şərtləri diktə etmək imkanına sahib olursa, bu artıq ciddi rəqabət problemi yarada bilər. Amma sadəcə xarici platformanın yerli mağazalardan daha ucuz məhsul satması onun avtomatik olaraq inhisarçı və ya qanun pozucusu olması anlamına gəlmir.

Məncə, burada tənqidi yanaşmalı olduğumuz əsas məqam nəzarətin özündən çox, onun necə aparılmasıdır. Dövlət yerli biznesi qorumaq adı ilə istehlakçı üçün daha ucuz alış imkanlarını məhdudlaşdırmamalıdır.

Əgər “Temu”nun fəaliyyəti nəticəsində Azərbaycan istehlakçısı daha aşağı qiymətə məhsul əldə edirsə, dövlətin müdaxiləsi yalnız real rəqabət pozuntusu sübuta yetirildiyi halda əsaslandırıla bilər. Əks halda, məhdudiyyətlər nəticədə qiymətlərin artmasına və istehlakçının seçim imkanlarının azalmasına gətirib çıxara bilər.

Digər tərəfdən, “Temu”nun aqressiv qiymət siyasətinə göz yummaq da düzgün olmaz. Əgər platforma böyük maliyyə imkanlarından istifadə edərək məhsulları uzun müddət real bazar dəyərindən aşağı qiymətə satmaqla yerli və digər xarici rəqibləri sıxışdırırsa, burada dövlətin müdaxiləsi tamamilə legitimdir.

Xüsusilə platformanın həm satıcı, həm də bazarın qaydalarını müəyyən edən vasitəçi kimi çıxış etməsi maraqlar toqquşması və rəqabətin pozulması riskini artırır.

Ona görə də ən düzgün yanaşma “Temu”nu dərhal Azərbaycandan çıxarmaq və ya fəaliyyətini bloklamaq deyil. Əvvəlcə pozuntunun miqyası, qiymət siyasətinin məqsədi, yerli rəqiblərə təsiri və istehlakçıya vurduğu mümkün zərər dəqiq müəyyən edilməlidir.

Pozuntu təsdiqlənərsə, cərimə, müəyyən kommersiya praktikasının qadağan edilməsi və digər proporsional tədbirlər tətbiq oluna bilər. Platformanın ölkədən çıxarılması isə yalnız daha ağır və davamlı pozuntuların başqa vasitələrlə aradan qaldırılmasının mümkün olmadığı halda gündəmə gəlməlidir. Əks halda, rəqabəti qorumaq adı ilə rəqabətin özünü zəiflətmək riski yaranır. Azərbaycanın elektron ticarət bazarında əsas məqsəd konkret bir şirkəti bazardan uzaqlaşdırmaq yox, bütün platformalar üçün bərabər və şəffaf oyun qaydaları yaratmaq olmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Sentyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri