Kaşif Kozinoğlunun məzarı açılacaq
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin keçmiş Milli Kəşfiyyat Təşkilatının əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada vəfat etməsi ilə bağlı istintaq davam edir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenidən başladılan istintaq çərçivəsində onun məzarının sentyabrın 12-də açılması gözlənilir.
Silivri Respublika Baş Prokurorluğunun tələbi əsasında həyata keçiriləcək məzarın açılması proseduru Kozinoğlunun dəqiq ölüm səbəbinin və ölümündə üçüncü şəxslərin müdaxiləsinin olub-olmadığının müəyyən edilməsi məqsədilə həyata keçiriləcək. Bildirilir ki, Kozinoğlunun ölümü ilə bağlı yenidən başladılmış istintaq çərçivəsində 7-si səhiyyə işçisi olmaqla, 10 şübhəli saxlanılıb.
Qeyd edək ki, “Ergenekon” təşkilatının üzvü olmaqda şübhəli bilinərək 10 mart 2011-ci il tarixində həbs edilmiş Kaşif Kozinoğlu ilk məhkəmə iclasına 10 gün qalmış, 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında vəfat edib. Rəsmi olaraq onun ürək tutmasından öldüyü açıqlanıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 11 Sentyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















