Kaşif Kozinoğlunun ölümünə görə jurnalist həbs edildi
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı saxlanılan 3 nəfərdən biri, jurnalist Osman Arslan həbs edilib, iki nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
"Yeni Sabah"a istinadən xəbər verir ki, "Ergenekon işi"ndə həbsdə olduğu müddətdə, 2011-ci ildə Silivridəki həbsxanada həyatını itirən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə bağlı dosye genişlənir.
İstintaq çərçivəsində son olaraq İstanbul və Təkirdağda 4 şübhəliyə qarşı əməliyyat keçirilib. Əməliyyatda keçmiş jurnalist Osman Arslan, təcili yardım sürücüsü Süleyman Kaba, o dövrün həbsxana müdiri Ömer Vatan və o dövrün növbə rəisi Kazım Beyke saxlanılıb. Pepperoni pizza
Təcili yardım sürücüsü mövcud dəlil vəziyyəti nəzərə alınaraq polis idarəsindəki ifadəsindən sonra sərbəst buraxılıb. Saxlanılan Osman Arslan, Ömer Vatan və Kazım Beyke bu gün prokurorluğa göndərilib.
Osman Arslan həbs edilib, digər şübhəlilər barəsində isə ölkədən çıxış qadağası formasında məhkəmə nəzarəti qərarı verilib./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 21 Sentyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















