Kasparova Moskvanın mərkəzindəki elit mənzili satmaq qadağan edildi
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanı tərk etmiş keçmiş dünya çempionu Harri Kasparovun Moskvanın mərkəzində yerləşən elit daşınmaz əmlakını satmasına qadağa qoyulub.
Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Söhbət Moskvanın Xamovniki rayonunda yerləşən, dəyəri 176 milyon rubldan (təxminən 4.1 milyon manat) artıq olan mənzildən gedir. Sahəsi 297 kvadratmetr olan bu mənzil binadakı ən geniş mənzil hesab olunur. Kasparov həmin əmlakı 2021-ci ildə anasından miras alıb. Mənzil üzrə kommunal xidmət borcu olmadığı bildirilir.
Məlumata görə, məhkəmə icraçıları sosial şəbəkələrdəki paylaşımlarında "xarici agent" qeydini göstərmədiyinə görə tətbiq olunan cərimələr səbəbindən mənzilin satışı, bağışlanması və başqa şəxsin adına keçirilməsini qadağan ediblər.
Hazırda 63 yaşlı Kasparovun üzərində bu səbəbdən ümumilikdə 90 min rubl (təxminən 2 120 manat) məbləğində üç cərimə olduğu qeyd edilir. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 İyun 2026 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















