Icma.az
close
up
RU
Şərqlə Qərb arasında etibarlı körpü...

Şərqlə Qərb arasında etibarlı körpü...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Çoxtərəfli diplomatiyada zəngin təcrübə

Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan və xoş mərama əsaslanan çoxvektorlu xarici siyasət kursu dinamik səciyyə daşıyır. Ölkəmiz həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın genişlənməsinə, təhlükəsizliyin təmin olunmasına, yaranan çağırışların birgə səylərlə qarşılanmasına davamlı töhfələr verir ki, bu da beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Qürurverici haldır ki, bu gün ölkəmiz dünyada milli maraqlarını qətiyyətlə qoruyan ləyaqətli dövlət kimi tanınır. Bu reallıq müxtəlif beynəlxalq tədbirlərdə, dövlətimizin başçısının iştirakı ilə baş tutan yüksəksəviyyəli görüşlərdə də açıq şəkildə etiraf olunur. Yeri gəlmişkən,  Prezident İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Həmin qəbulda da Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğuna xüsusi diqqət çəkilib.

Beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik

Azərbaycanın əlverişli coğrafi yerləşməsi elədir ki, buradan keçən nəqliyyat dəhlizləri Avropa ilə Asiyanı birləşdirir. Lakin ölkəmizin müstəsna önəmi yalnız coğrafi yerləşməsi ilə məhdudlaşmır. Azərbaycan həmçinin özünün multiregional siyasəti ilə Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır. Əlamətdar haldır ki, bu gün respublikamız həm geniş İslam coğrafiyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında yerləşən ölkələrlə sıx əməkdaşlıq edir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir və bu, İslam coğrafiyasında yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2022-ci ildə Ərəb Dövlətləri Liqasının 31 Sammitinə fəxri qonaq qismində dəvət alan azsaylı dövlət başçılarından biri olub. Ötən il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi İslam dünyasında ölkəmizə göstərilən etimadın daha bir təzahürüdür. 

İslam dünyasından kənarda da Azərbaycan  və onun Liderinə belə yüksək səviyyədə rəğbət göstərilir. Prezident İlham Əliyev fəxri qonaq qismində dəvətləri həm ölkəmizin üzv olduğu, həm də üzv olmadığı çoxlu sayda beynəlxalq qurumlardan, o cümlədən də Avropa Siyasi Birliyindən alıb. Bu gün Azərbaycan Aİ-də təmsil olunan on ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Ümumiyyətlə, qısa müstəqillik tarixində Azərbaycanın xarici siyasəti, o cümlədən də beynəlxalq təşkilatlarda təmsilçiliyi kifayət qədər uğurlu olub. Şübhəsiz, 2011-ci il oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun zirvəsi sayıla bilər. Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərakatına uğurla sədrlik etməsi də diplomatiyamızın böyük uğurudur. Ölkəmizin beynəlxalq təsisata sədrliyi 2022-ci ildə bitməli idi. Ancaq Azərbaycanın səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlaməti olaraq QH-na üzv dövlətlər respublikamızın sədrlik dövrünün daha bir il uzadılması ilə bağlı müraciət ünvanladılar. Azərbaycan isə bu etimada qarşılıq verərək müraciəti qəbul etdi. Bütövlükdə, QH-na sədrliyi dövründə Azərbaycanın prioritetlərinin əhatə dairəsi kifayət qədər geniş olub.

AQEM çərçivəsində səmərəli əməkdaşlıq

Ölkəmizin fəal üzvü olduğu və işində aktiv iştirak etdiyi təsisatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir (AQEM). Azərbaycanın xarici siyasət prinsipləri də AQEM-in sənədlərində əks olunmuş əsas istiqamətlərlə üst-üstə düşür. Müşavirənin fəaliyyətini tənzimləyən əsas sənədlərdə separatizm dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə olan təhdid kimi pislənilib, üzv dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi, bundan irəli gələrək bir-birinin ərazilərində olan separatçı fəaliyyətləri dəstəkləməmək barədə öhdəlik əks olunub. Azərbaycan da beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsi ilə seçilir, hərbçilərimiz Əfqanıstanda, İraqda sülhməramlı missiyalarda iştirak ediblər. Bundan əlavə, bu gün ölkəmiz kiçik ada dövlətlərinə, eyni zamanda, Fransanın sümürmə siyasəti apardığı ölkələrə fəal dəstək göstərir. Bunu ölkəmizin ötən ilin noyabr ayında böyük uğurla ev sahibliyi etdiyi COP29 tədbiri bir daha təsdiqlədi. Ölkəmiz BMT-nin konfransında kritik iqlim çağırışları ilə üz-üzə qalan dövlətlərə dəstəyin, o cümlədən də maliyyə yardımının artırılmasının vacibliyinə diqqət çəkdi və buna nail oldu. Yeri gəlmişkən, qəbulda qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq bu münasibətlə təbriklərini çatdırıb.

Asiya məkanında təhlükəsizlik məsələlərinin müzakirə edildiyi önəmli beynəlxalq platforma olan AQEM-in hazırda 28 üzvü var (Azərbaycan, Türkiyə, Əfqanıstan, Bəhreyn, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Qırğızıstan, Küveyt, Monqolustan, Pakistan, Fələstin, Koreya Respublikası, Rusiya, Tacikistan, Tailand, BƏƏ, Özbəkistan, Vyetnam, Qətər, Banqladeş, Şri-Lanka). Daha 10 ölkə - ABŞ, Belarus, İndoneziya, Yaponiya, Malayziya, Laos, Filippin, Ukrayna, Səudiyyə Ərəbistanı, Türkmənistan, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir.

Hazırda təşkilata sədrliyi ölkəmiz həyata keçirir. Qəbulda Baş katib Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapdığını bildirib. Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkəmizin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu deyib.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see630

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see526

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see279

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see244

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see237

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see213

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see198

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see191

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see191

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see185

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see178

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see176

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see172

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see167

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see166

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see161

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see153

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see149

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see149

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri