Icma.az
close
up
RU
Katolik aləminin ən qalmaqallı PAPASI

Katolik aləminin ən qalmaqallı PAPASI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Roma Papası Fransisk vəfat edib. O, 88 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib

Fevralın 14-də Papa Fransisk bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və bir neçə dəfə süni nəfəs aparatına qoşulub. Martın 23-də Fransisk 38 gün xəstəxanada qaldıqdan sonra Vatikana qayıdıb. Ötən gün o, Vatikanın Müqəddəs Pyotr meydanında Pasxa bayramı ilə əlaqədar müraciət edib.

Modern.az xatırladır ki, Papa Fransisk papalıq tarixində ən fərqli fiqurlardan biri kimi yadda qalıb.

Jorge Mario Bergoglio adı ilə tanınan Fransis 1936-cı ildə Buenos-Ayresdə italiyalı mühacir ailəsində doğulub. Kimya laboratoriyasında texnik kimi çalışdıqdan sonra ruhani olmağa qərar verib. 21 yaşında iezuit ordeninə daxil olub. Həmin illərdə sətəlcəm keçirib və bir ağciyərinin üst hissəsi götürülüb.

1969-cu ildə iezuit keşişi təyin olundu. Argentinada hərbi diktatura (1976–1983) dövründə onun rolu mübahisəli olub, lakin Vatikan onun insan haqları pozuntularına qarşı səssiz qalması ilə bağlı ittihamları rədd edib.

O, 2013-cü ildə Roma Papası seçilib. XVI Benediktin istefasından sonra seçilən Fransisk 1300 ildən sonra Avropa xaricindən seçilən ilk papa idi. Onun argentinalı olması və islahatlara meyilli siyasəti Katolik Kilsəsindəki mühafizəkar və liberal qarşıdurmalarını dərinləşdirdi.

Adını yoxsulluq, sülh və təbiət sevgisi ilə tanınan Müqəddəs Fransiskdən aldı. İlk çıxışında ənənəvi "İsa Məsihə alqış!" yox, sadəcə "Axşamınız xeyir, bacı və qardaşlar" deməsi ilə yadda qalıb. ilə hərəkət etdi.

Əvvəlki papalardan fərqli olaraq dəbdəbədən imtina edib, daha sadə və xalqla yaxın üslubu ilə seçilib.

Papal iqamətgahda deyil, Vatikan mehmanxanasında qalırdı. Zirehli limuzin yerinə sadə "Ford Focus" model avtomobildən istifadə edirdi.

Fransiskin LGBT icmasına qarşı daha açıq və mərhəmətli yanaşması, qadınların və qeyri-xristianların dini mərasimlərə cəlb olunması mühafizəkar dairələrdə narazılığa səbəb olub. O, Latın dilində keçirilən ənənəvi ayinləri məhdudlaşdırdı və eyni cinsli cütlüklərin müəyyən şərtlərlə xeyir-dua ala biləcəyini bildirdi. Bu qərar ABŞ-də və Avstraliyada bəzi yüksək rütbəli kilsə nümayəndələrinin sərt tənqidinə səbəb oldu.

Fransiskin dövründə Vatikanda aparılan islahatlar nəticəsində qadınlar Kilsənin mərkəzi idarəsində daha çox təmsil olunmağa başladı. O, həmçinin ölüm hökmünü hər şəraitdə qəbuledilməz elan edib, nüvə silahlarına və silah sənayesinə qarşı kəskin mövqe sərgiləyib.

Papa Fransisk 45-dən çox ölkəyə səfər edib. Ərəb Yarımadasını ziyarət edən ilk papa olub. Müsəlman liderlərlə birlikdə dinlərarası qardaşlıq haqqında sənəd imzalayıb. Bu, konservativ çevrələrdə “xəyanət” kimi qiymətləndirilib.

Ukrayna müharibəsinin başlandığı gündən etibarən o, daimi olaraq sülh çağırışları edib. HƏMAS tərəfindən əsir götürülənlərin azad olunması üçün çağırışlar etsə də, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara qarşı çıxışı da ciddi rezonans doğurub.

COVID-19 pandemiyası dövründə Fransisk virtual görüşlər keçirərək insanlara həmrəylik və ədalət çağırışları edib. O, pandemiyanı qlobal bərabərsizliklərin aradan qaldırılması üçün bir fürsət kimi qiymətləndirib. Bununla belə, onun papalığı dövründə də Vatikan maliyyə qalmaqallarından xilas ola bilməyib

Fransiskin təşəbbüsü ilə korrupsiyada ittiham olunan kardinal Beççu məhkəməyə çıxarılıb və 2023-cü ildə bir neçə maddə üzrə günahkar bilinərək beş il yarım həbs cəzası alıb. Eyni zamanda, o, müsəlman liderlərlə tarixdə ilk dəfə ortaq sənəd imzalayaraq dinlərarası dialoqa yeni mərhələ gətirib.

Fransisk Papa vəzifəsini yalnız dini deyil, sosial və siyasi məsuliyyət kimi də qəbul edirdi. O, təkcə Katolikləri deyil, bütün dünyanı daha ədalətli və mərhəmətli gələcəyə dəvət edirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri