Katrin Bomberger: Kütləvi məzarlıqlar açıq yara kimi qalır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kütləvi məzarlıqlar açıq yara kimi qalır.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru, xanım Katrin Bomberger İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda deyib.
O itkin şəxslər məsələsinin müzakirəsi üçün mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib: “ ICMP üçün bu müzakirə xüsusi əhəmiyyət daşıyır. Çünki itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi ailələrə və cəmiyyətə etibarlı və dəqiq məlumat vermək deməkdir. Lakin bu, eyni zamanda hüquqların bərpası – ədalət, hesabatlılıq, həqiqəti bilmək və kompensasiya hüquqlarının təmin olunmasıdır.
Bu, sülh və təhlükəsizliyə investisiyadır. İnsanların itkin düşməsi ilə bağlı məsələlər həll edilmədikdə, bunun nəticələri zaman keçdikcə yox olmur.
Cavabsız suallar ailələrin və icmaların yaddaşında nəsillər boyu qala bilər. Cavabsız suallar həmçinin cəmiyyətlərin hökumətlərə olan etimadını və inamını sarsıdır. Cəmiyyətlər itkin şəxslərin taleyini müəyyənləşdirmək üçün lazımi institutlara və imkanlara malik olduqda, münaqişə, fəlakət və böhranların nəticələri ilə mübarizə aparmağa daha yaxşı hazır olurlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Oktyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















