Icma.az
close
up
RU
Katrin Bomberger: Vaşinqton bəyannaməsi itkinlərin taleyi baxımından çox vacibdir

Katrin Bomberger: Vaşinqton bəyannaməsi itkinlərin taleyi baxımından çox vacibdir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Vaşinqton bəyannaməsi itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi baxımından çox vacibdir".

"Cebheinfo.az" xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, münaqişələr zamanı bir insanın qalıqları bəzən beş müxtəlif yerdə basdırıla bilir, buna görə də şəxsiyyətin müəyyənləşdirilməsi üçün DNT analizi vacibdir:

"İtkin düşmüş şəxslərin ailələri ilə əməkdaşlıq etmək onların talelərini müəyyənləşdirmək üçün əsas şərtdir. İkinci vacib məqam qurumlararası əməkdaşlıqdır. Bu, həm yerli, həm də beynəlxalq səviyyədə həyata keçirilməlidir. Həmçinin texniki qurumlarla əməkdaşlıq vacibdir, çünki texnologiya bizə çox kömək olur. Bununla yanaşı, genetik araşdırmalar vacibdir. DNT olmasa, biz meyit qalıqlarını aşkar edə bilməzdik. Çünki bir insanın qalıqları bəzən beş müxtəlif yerdə basdırıla bilir".

K.Bomberger Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasından söz açaraq bunun həm də itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətli olduğunu bildirib:

"Birgə Bəyannamənin doqquzuncu maddəsi məhz itkin düşmüş şəxslərlə bağlı məsələni özündə ehtiva edir ki, bu da gələcək fəaliyyət üçün olduqca vacib irəliləyişdir".

Xatırladaq ki, Birgə Bəyannamənin 9-cu maddəsində qeyd edilir ki, tərəflər onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermiş itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər.

Tərəflər bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaq.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri