“Katriona Alliance”ın Qara dənizdə gəmisi batıb
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Rumıniya sahilləri yaxınlığında, Sfıntu-Qeorqe şəhərindən təxminən 40 kilometr cənub-şərqdə Qara dənizdə ticarət gəmisi yanaraq batıb.
Yeniavaz.com xəbər verir ki, Rumıniya Dəniz Administrasiyasının məlumatına görə, hadisə Dominikan bayrağı altında üzən “PROGRESS IV” gəmisində baş verib.
Bildirilir ki, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə xilasedici qüvvələr cəlb olunub. Nəticədə gəminin 12 ekipaj üzvünün hamısı xilas edilib. Onlardan bir nəfərin yaralandığı bildirilir.
Rumıniya Prezidenti Nikos Dan hadisənin ölkənin ərazi sularının sərhədində, eksklüziv iqtisadi zonada baş verdiyini bildirib. O, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilənədək fərziyyələrdən çəkinməyin vacibliyini vurğulayıb.
Hazırda gəminin hansı səbəbdən alovlanaraq batdığı məlum deyil. Rumıniyanın aidiyyəti qurumları hadisənin səbəblərini araşdırır.
Qeyd edək ki, dənizçilik reyestr məlumatlarına əsasən, “PROGRESS IV” gəmisinin qeydiyyatda olan sahibi Seyşel adalarında qeydiyyatdan keçmiş “Katriona Alliance” şirkətidir. Gəminin idarəçisi isə BƏƏ-də yerləşən “Zabrama FZE” şirkəti olub. Açıq gəmiçilik məlumatlarına görə gəmi 2006-cı ildə istismara verilib və müxtəlif dövrlərdə “Shun Ci”, “Tian Fu 22” və “Hui Yang 27” adlarını daşıyıb. 2023-cü ildən “PROGRESS IV” adını alıb. 2024-cü ilin sonundan isə Dominika bayrağı altında qeydiyyatdan keçib.
Bu mövzuda digər xəbərlər:Qara dənizdə daha bir Rusiya gəmisi batıb
15 Dekabr 2024 19:11
Qara dənizdə ukraynalı heyətin olduğu yük gəmisi batıb
13 Oktyabr 2025 23:13
Qara dənizdə Türkiyə gəmisi vurulub
29 May 2026 15:40
Qara dənizdə Türkiyə gəmisi VURULDU
27 Avqust 2026 12:18
Qara dənizdə yük gəmisi minaya düşdü
31 Avqust 2025 14:10
Baxış sayı:67
Bu xəbər 28 Avqust 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















