Kaxaber Sxadadze: “Pley off matçına ciddi hazırlaşmalıyıq“
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Qəbələ" Azərbaycan Premyer Liqasının pley-off oyununa ciddi hazırlaşacaq.
Moderator.az xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Şamaxı"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti yox idi. Amma azarkeşləri sevindirmək istəyirdik. Sona qədər dəstək olduqları üçün onlara təşəkkür edirəm. Gözəl qollar vurduq. Amma pley-off matçından qabaq heç bir halda arxayınlaşmaq olmaz. Qarşıdakı oyuna ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ" - "Şamaxı" oyunu ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 May 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















