Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: Bizə daha çox təcrübə lazımdır

Kaxaber Tsxadadze: Bizə daha çox təcrübə lazımdır

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qəbələ" Misli Premyer Liqasının 2-ci turunda doğma meydanda "Zirə"yə 1:2 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox gərgin oyun oldu. Bizə daha çox təcrübə lazımdır. 19-20 yaşlı uşaqlar inkişaf etməlidir. Oyundan-oyuna onlarda artım gözləyirik. Ümumi götürəndə yaxşı oyun oldu. Zamanla daha yaxşı olacağımıza inanıram. Əsas odur ki, meydanda oyunumuz görünürdü. Hesabda öndə olduğumuz zaman da qol vurmaq üçün imkanlarımız oldu. Həmin epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik. Növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirə biləcəyik.

- Qoldan öncə Nicat Əliyevə sərt etiraz etdiniz. Bundan sonra futbolçu fərqləndi. Məcazi mənada qolu siz vurduz, yoxsa Nicat?

- Nicat qolu özü vurdu. O, robot deyil ki, mən kənardan idarə edim. 

- Ehtiyat oyunçular skamyası kasaddır. Heyətin gücləndirilməsi gündəmdədir?

- Bəli, düz qeyd edirsiz, skamyada kasadlıq var. Bu işlə rəhbərlik məşğul olur. Biz əlimizdə olan heyətlə işləyirik. Əlbəttə ki, "Zirə" ilə müqayisə etsək, bizim imkanlarımız daha azdır. İstərdik ki, çoxlu oyunçularımız olsun.

- Demək olar ki, "Zirə" ustalıq səviyyəsinin hesabına qələbə qazandı?

- Ustalıq və təcrübəsizlik bir-birinə yaxın sözlərdir. Eşqin Quliyevin yerində təcrübəli futbolçu olsaydı, o qərarı verməzdi. Amma Eşqin çox perspektivli oyunçudur. Ona inanırıq. "Zirə"nin müdafiəçiləri sadə oynayırdılar. Bu da onların təcrübəli olduğunu göstərir. Bu gün futbolçular çox çalışdılar. Amma nəticə belə oldu. Həyat davam edir. Gənc oyunçuların özlərinə inamı olmalıdır. Gənclərlə işləməyə davam edib legionerlərdən də çox şey tələb etməliyik. "Zirə" uzun müddətdir bir yerdə çıxış edən komandadır. Rəşad Sadıqov da xeyli zamandır orada işləyir. Komanda 2 ildir avrokuboklarda iştirak edir.

- Hesabda öndə olduğunuz halda ilk yarıda 2 qol buraxdız. Bu, sizi narahat etmir?

- Sadə oynamalıyıq. Təcrübə qazandıqca hər şey düzələcək. Qolu özümüz yaratdıq. "Karvan-Yevlax"la matçda da öz qapımıza qol vurduq.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Avqust 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri