Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: Təcrübə qazandıqca hər şey düzələcək

Kaxaber Tsxadadze: Təcrübə qazandıqca hər şey düzələcək

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Çox gərgin oyun oldu. Bizə daha çox təcrübə lazımdır. 19-20 yaşlı uşaqlar inkişaf etməlidir. Oyundan-oyuna onlarda artım gözləyirik. Ümumi götürəndə yaxşı oyun oldu. Zamanla daha yaxşı olacağımıza inanıram. Əsas odur ki, meydanda oyunumuz görünürdü. Hesabda öndə olduğumuz zaman da qol vurmaq üçün imkanlarımız oldu. Həmin epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik. Növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirə biləcəyik".

İdman.biz xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının II turunda doğma meydanda "Zirə"yə 1:2 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.

- Qoldan öncə Nicat Əliyevə sərt etiraz etdiniz. Bundan sonra futbolçu fərqləndi. Məcazi mənada qolu siz vurduz, yoxsa Nicat?

- Nicat qolu özü vurdu. O, robot deyil ki, mən kənardan idarə edim.

- Ehtiyat oyunçular skamyası kasaddır. Heyətin gücləndirilməsi gündəmdədir?

- Bəli, düz qeyd edirsiz, skamyada kasadlıq var. Bu işlə rəhbərlik məşğul olur. Biz əlimizdə olan heyətlə işləyirik. Əlbəttə ki, "Zirə" ilə müqayisə etsək, bizim imkanlarımız daha azdır. İstərdik ki, çoxlu oyunçularımız olsun.

- Demək olar ki, "Zirə" ustalıq səviyyəsinin hesabına qələbə qazandı?

- Ustalıq və təcrübəsizlik bir-birinə yaxın sözlərdir. Eşqin Quliyevin yerində təcrübəli futbolçu olsaydı, o qərarı verməzdi. Amma Eşqin çox perspektivli oyunçudur. Ona inanırıq. "Zirə"nin müdafiəçiləri sadə oynayırdılar. Bu da onların təcrübəli olduğunu göstərir. Bu gün futbolçular çox çalışdılar. Amma nəticə belə oldu. Həyat davam edir. Gənc oyunçuların özlərinə inamı olmalıdır. Gənclərlə işləməyə davam edib legionerlərdən də çox şey tələb etməliyik. "Zirə" uzun müddətdir bir yerdə çıxış edən komandadır. Rəşad Sadıqov da xeyli zamandır orada işləyir. Komanda 2 ildir avrokuboklarda iştirak edir.

- Hesabda öndə olduğunuz halda ilk yarıda 2 qol buraxdız. Bu, sizi narahat etmir?

- Sadə oynamalıyıq. Təcrübə qazandıqca hər şey düzələcək. Qolu özümüz yaratdıq. "Karvan-Yevlax"la matçda da öz qapımıza qol vurduq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Avqust 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri