Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: Bu nəticə heç də asan başa gəlməyib

Kaxaber Tsxadadze: Bu nəticə heç də asan başa gəlməyib

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze gabalasc.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, gürcüstanlı mütəxəssis “qırmızı-qaralar”ın I Liqadakı çempionluğu ilə əlamətdar olan mövsümün yekununu dəyərləndirib.

- Ümumi mövsümü necə dəyərləndirirsiz? Komandanın cari mövsümdəki çıxışı, futbolçuların oyun keyfiyyəti sizi qane etdi?

- Cari mövsüm bizim üçün çox yaxşı keçdi. Göstərdiyimiz oyunlarla yarışı yüksək nəticə ilə başa vuraraq çempion olduq. Futbolçularım və məşqçilər korpusumuzla ili bu cür başa vurmaq üçün çox əziyyət çəkmişdik. Sonda isə bunun bəhrəsini də gördük.

- “Qəbələ” bu il çempionatda ən az qol buraxan, ən az məğlub olan, ən çox qol vuran və.s. yüksək göstəricilərlə çempion oldu. Mövsümün əvvəlindən nəticənin bu cür olacağına inanırdız?

- Bu nəticə heç də asan başa gəlməyib. Mövsümün əvvəlində demək olar ki, sıfırdan komanda qurmaq öhdəliyimiz var idi. İdman direktorumuz, klubun rəhbərliyi, məşqçilər korpusumuzla bu işin öhdəsindən gəlməyi bacardıq. Daha sonra isə fiziki, taktiki və.s məşqlərimiz çox oldu. Bununla da futbolçularımızı yeni mövsümə maksimum yaxşı hazırlamaq istəyirdik. Onlar da bütün bunların öhdəsindən gəlməyi bacardılar. Futbol komanda idman növüdür, biz bu nəticəyə bir yerdə, komanda şəklində, hər bir kəsin çəkdiyi əziyyət sayəsində çatmışıq.

- Komanda bu il əsasən gənc futbolçularla çıxış etdi. Onların performansından necə, razı qaldız?

- Bu il gənc futbolçulara da oyunlarda kifayət qədər şans verdik. Onlar da öz üzərilərinə düşəni maksimum səviyyədə etməyə çalışdılar. Lakin bu hələ başlanğıcdır. Gənc oyunçularımız öz üzərilərində daha çox işləməli, daha çox inkişaf etməlidirlər.

- Növbəti mövsüm necə, yenə akademiyanın yetirməsi olan gənc futbolçulara şans verməyi düşünürsüz?

- Əlbəttə, komandanın öz yetirmələrinin əksəriyyətini komandada saxlamağı düşünürük. Nəzərə alsaq ki, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq. Orada artıq “Qarabağ”, “Neftçi” və s. kimi komandalarla mübarizə apara bilmək üçün isə gənc oyunçularımız öz üzərilərində daha çox çalışmalıdırlar.

- Azarkeşlər "Qəbələ"nin 1-ci Liqada məğlub olmadan və hətta qol buraxmadan çempion olmasını arzulayırdılar. Sizcə, buna mane olan nə oldu?

- Bu il bizim çox yaxşı göstəricilərimiz oldu. 21 oyun məğlub olmadan irəlilədik, sonda ən çox qol vuran komanda olduq. Artıq çempionatın axırlarına yaxın qol da buraxdıq, 2 dəfə məğlub da olduq. Bu da futbolun bir hissəsidir. Mübarizə olan yerdə, bu cür halların baş verməsi normaldır. Bizim əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq, ondan sonra isə çempion olmaq idi ki, bunun da öhdəsindən yüksək səviyyədə gəlməyi bacardıq.

- Növbəti mövsüm üçün əsas planlar nədir? Komanda hansı hədəflər uğrunda mübarizə aparacaq?

- Növbəti mövsüm elitada yaxşı nəticələr qazanmaq üçün daha mübariz olmalı və çox çalışmalıyıq. Qarşımızda konkret bir tapşırıq olmasa da, mübariz və döyüşkən bir komanda qurmalıyıq ki, rəqiblərimiz də bizdən çəkinsin. Belə olduğu halda, nəticə də, uğur da komandanın yanında olacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri