Kaya Kallas: Monteneqronun inkişafı Aİ nin maraqlarına uyğundur
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Podqoritsa, 7 aprel, AZƏRTAC
Monteneqronun hazırkı iqtisadi inkişafı Avropa İttifaqının (Aİ) maraqlarına tam uyğundur.
AZƏRTAC xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib. Qərbi Balkan regionuna səfəri çərçivəsində Podqoritsada Baş nazir Miloyko Spayiçlə görüşən Kaya Kallas bildirib: “Monteneqronun Aİ-yə üzvlük yolunda islahatlara sadiqlik nümayiş etdirməsi təqdirəlayiq haldır”. O, Aİ-nin Böyümə Planı çərçivəsində bu ay 26 milyon avrodan çox olan ilk avans ödənişinin həyata keçiriləcəyini bildirib.
Miloyko Spayiç isə Aİ-yə inteqrasiya və ittifaqa üzvlüyün ölkəsi üçün prioritet məsələ olduğunu qeyd edib. Vurğulayıb ki, Monteneqro Avropanın xarici və təhlükəsizlik siyasətinə tam sadiqdir.
Kaya Kallasın Monteneqrodan sonra regionun digər ölkələrinə səfərləri nəzərdə tutulur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Aprel 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















