Icma.az
close
up
RU
Kaya Kallas sələfi Cozef Borelin səhvlərini təkrarlamaq istəmir və Azərbaycanla münasibətləri tənzimləyir

Kaya Kallas sələfi Cozef Borelin səhvlərini təkrarlamaq istəmir və Azərbaycanla münasibətləri tənzimləyir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana rəsmi səfəri Avropa İttifaqının Azərbaycanla bağlı siyasətində mühüm bir dönüş nöqtəsi olaraq qiymətləndirilə bilər. Kallasın səfəri çərçivəsində əldə olunan razılaşmalar və verilən mesajlar Avropa İttifaqının Azərbaycanın regional və geosiyasi əhəmiyyətini daha dolğun şəkildə anlamağa başladığını göstərir. Düşünürəm ki, Avropa İttifaqı artıq Cənubi Qafqazda fəaliyyətin Azərbaycansız mümkün olmayacağını anladı”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Avropa İttifaqı illərdir mövcud olan bəzi stereotiplərindən və birtərəfli yanaşmalardan geri çəkilməyə qərar verib və Azərbaycanın potensialını daha ətraflı qiymətləndirməyə başlayıb.

Müşfiq Cəfərov

Deputatın fikrincə, Avropa İttifaqının Azərbaycanın enerji resurslarına və tranzit imkanlarına olan ehtiyacı məhz siyasi xəttini dəyişməyə məcbur etdi.

“Avropa İttifaqı Azərbaycanla daha praqmatik və strateji əsasda əməkdaşlıq etməyə maraqlı olduğunu bəyan etdi. Bu vəziyyət bir daha Azərbaycanın enerji və nəqliyyat sahəsində Avropa üçün potensiallı və mühüm strateji tərəfdaş olmasını sübut edir. Xüsusilə, Azərbaycanın Xəzər-Qara dəniz regionunda oynadığı rola, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı vacib mövqeyinə görə Avropa İttifaqı dövlətimizə qarşı qərəzli mövqeyindən çəkinməyi qərarlaşdırıb.

Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu, yalnız siyasi deyil, həm də enerji, təhlükəsizlik və nəqliyyat sahələrindəki əməkdaşlığın gücləndirilməsi üçün geniş perspektivlər açacaq. İkitərəfli əlaqələrin daha yüksək səviyyəyə qalxması, Azərbaycanla Avropa İttifaqı arasında daha balanslı və bərabərhüquqlu tərəfdaşlığın yaranmasına doğru atılan mühüm bir addım olaraq qiymətləndirilməlidir”-deyən deputat hesab edir ki, Kaya Kallas sələfi Cozef Borelin səhvlərini təkrarlamaq istəmir və Azərbaycanla münasibətləri tənzimləməyə çalışır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri