Icma.az
close
up
RU
Avropanın yüksək səsi Bakıda: Kaya Kallas Azərbaycanla Yeni dövrün əlaqələrini möhkəmləndirir

Avropanın yüksək səsi Bakıda: Kaya Kallas Azərbaycanla Yeni dövrün əlaqələrini möhkəmləndirir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakıda Avropanın diplomatiyası danışdı, Kaya Kallasın səfəri gözləntiləri artırdı


Prezident İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu söyləyib. Dövlət başçısı Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub. Prezident vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir: "Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir". Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlət başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. Prezident qeyd edib ki, ölkəmiz Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir: "Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır". 

Azərbaycan Prezidenti bildirib ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var. Söhbət zamanı, həmçinin Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılıb. Ölkə rəhbəri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Ceyhun Bayramovla Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında da geniş tərkibdə görüş keçirilib. Bildirilib ki, müzakirələr zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid sahələrində əməkdaşlıq məsələləri, həmçinin Azərbaycanın regional əlaqəlilik və təmiz enerji təchizatına töhfəsi müzakirə olunub. Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən münaqişədən sonrakı vəziyyət də diqqət mərkəzində olub. C.Bayramov əlavə edib ki, Azərbaycanın Aİ üçün əsas ticarət tərəfdaşı olması məmnunluqla qeyd olunub: "Bizim ticarət dövriyyəmiz təqribən 20 milyard dollar təşkil edir. Biz enerji sahəsində əməkdaşlığı ilk olaraq qeyd etmək istərdik. Uzun illər Azərbaycan Aİ ölkələri üçün etibarlı xam neft təchizatçısı olub. Daha sonra Cənub Qaz Dəhlizinin 2-ci fazasının yekunlaşdırılması ilə ilk dəfə Xəzər bölgəsindən Avropa ölkələrinə qaz təchizatına start verilib. Ukrayna müharibəsindən sonra Azərbaycandan Avropa ölkələrinə qaz təchizatçısı əhəmiyyətli dərəcədə artırılıb. Bu gün 12 ölkəyə Azərbaycan qazı təchiz edilir. Bu istiqamətdə mövcud olan əməkdaşlıq və əməkdaşlığın perspektivləri müzakirə edilib".


"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas sələfi Cozef Borrelin səhvlərini təkrarlamaq istəmir. Ekspert vurğulayıb ki, Borrel açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış edirdir: 

seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri