Kayerasındakı prinsipləri açıqladı “Açıq saçıq geyinmirəm...” Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrində iştirak etmədiyini, açıq-saçıq geyimlərə də üstünlük vermədiyini bildirib.
Aktrisa ailə qurduqdan, xüsusilə ana olduqdan sonra həyata baxışının dəyişdiyini və bunun rol seçimlərinə də təsir etdiyini deyib.
Eda Ece aktyorluq fəaliyyətində müəyyən sərhədlər qoyduğunu və bundan sonra da həmin prinsiplərə uyğun davranmağa çalışdığını vurğulayıb.
“Açıq-saçıq səhnələrdə çəkilmirəm, açıq-saçıq paltarlar geyinmirəm. Bu məsələlərə diqqət yetirirəm. Evləndikdən və ana olduqdan sonra daha diqqətli olmağa çalışdım”, – deyə aktrisa bildirib.
O, şəxsi seçimlərinin yaşadığı cəmiyyətin dəyərlərindən də təsirləndiyini qeyd edib.
Aktrisa həmkarlarının seçimlərini tənqid etmədiyini xüsusi vurğulayıb.
“Yaşadığın cəmiyyətdən kənara çıxa bilməzsən. Mən öpüşmə səhnələrini tənqid etmirəm. Sadəcə, özüm bunu etmirəm. Bəlkə də, aktyor həmkarlarım buna görə mənə qəzəblənərlər”, – deyə Ece fikirlərini bölüşüb.
Qeyd edək ki, Eda Ece 2023-cü ildə basketbolçu Buğrahan Tuncerlə ailə qurub. Cütlüyün Mina İpek adlı qızı 2024-cü ildə dünyaya gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 11 Oktyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















