Kayrat ın yeni transferi: Həm bizim, həm də Qarabağ ın gördüyü işlər əladır MÜSAHİBƏ
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qəbələ"nin sabiq müdafiəçisi, Çempionlar Liqasının təmsilçisi "Kayrat"a yeni transfer olan Lukas Afriko Sportal.az saytına müsahibə verib.
- Vaxtı ilə "Qəbələ"də oynamış futbolçu indi Çempionlar Liqasının iştirakçısı olan kluba keçir...Karyeranın bu cür dəyişikliyini özün necə şərh edərdin?
- Düzünü deyim, bu, mənim üçün heyrətamizdir. Bütün oyunçuların bu anları yaşaması bir xəyaldır. Çox xoşbəxtəm. Yeni klubuma keçidimə görə də şadam.
- "Qəbələ"də oynadığın zaman komanda hətta aşağı liqaya düşmüşdü. Amma indi Çempionlar Liqası klubunda oynayacaqsan. Karyera yüksəlişi adlandırmaq olar. Geridə qalan illərdə özünü necə motivasiya etmişdin?
- Mənim motivasiyam həmişəki kimi dəyişməz qalmışdı: hər vəziyyətdə Allaha güclü inam, diqqət və futbolda uğur qazanmaq, daha böyük zirvələrə çatmaq üçün zəhmət çəkməli idim. Həyatın həmişə enişli-yoxuşlu günləri olacaq və pis şeylər baş verdikdə fərqi yaradan şey bu mənfi vəziyyətlərə münasibətimizdir. Ya təslim olursunuz və hər şeyin itirildiyini düşünürsünüz, ya da başınızı qaldırıb Allahın planlarına güvənir və güclü şəkildə irəliləyirsiniz. Mən də daim bu cür etmişəm.
- Maraqlıdır, “Vansspor”a yollanmamışdan və ya “Kayrat”a keçməmişdən əvvəl Azərbaycan klublarından təklif almışdın? Gələcəkdə səni yenidən Azərbaycanda görə bilərikmi?
- Bəli, Azərbaycandan təkliflərim olmuşdu. Azərbaycana geri qayıtmağıma gəldikdə, bu, bir neçə amildən asılı olan məsələdir. Zaman göstərər. İndi mən “Kayrat”dakı karyerama, oyunlarıma fokuslanmışam.
- “Qəbələ”ni izləyirsən? Bu klub haqda fikrin necədir?
- Əlbəttə izləyirəm. Mən oynadığım bütün klublara sevgim və simpatiyam var. Hər birinin də uğurunu istəyirəm. Ümidvaram ki, hər şey yaxşı olacaq.
- Azərbaycandan "Qarabağ", Qazaxıstandan isə "Kayrat" Çempionlar Liqasında iştirak edir. Hər iki klub da bu mövsüm diqqət çəkə bildi. Bunu necə şərh edərdin?-
- Məncə, həm "Kayrat", həm də "Qarabağ"ın gördüyü işlər əladır. Bu klublar həm öz profillərini, həm də ölkənin profilini yüksəldirlər. Ümid edirəm ki, Çempionlar Liqasında daha çox uğur qazanacaqlar. Hər iki komandaya uğurlar arzulayıram.
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 27 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















