Icma.az
close
up
RU
Qarabağ ın qapıçısı: Şahruddin mənə həm futbolda, həm də həyatda dəstək olur MÜSAHİBƏ

Qarabağ ın qapıçısı: Şahruddin mənə həm futbolda, həm də həyatda dəstək olur MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

6 aylıq icarə əsasında I Liqa təmsilçisi “Zaqatala”ya transfer olunan “Qarabağ”ın qapıçısı Amin Ramazanovun Teleqraf-a müsahibəsi

– “Zaqatala”ya icarə əsasında transferiniz necə reallaşdı?

– Təklif gəldi, bir az düşündüm və razılaşdım.

– Birinci Liqada oynamaq sizin üçün çətin olmayacaq?

– Təbii ki, çətinlər qaçılmazdır. Amma mənim üçün ən vacibi meydanda olmaq və təcrübə toplamaqdır.

– Yeni klubunuzda artıq ilk oyuna çıxmısınız. “Cəbrayıl”a qarşı 1:0 hesablı qələbə qazandığınız matç barədə təəssüratlarınız necədir?

– Oyundan təəssüratım müsbətdir. Maraqlı qarşılaşma keçdi. Şükür, komandam qələbə qazandı. Komandada adaptasiyama kömək edən təcrübəli futbolçular var, buna görə narahat deyiləm. Mənim üçün vacib olan meydanda olmaq, daha çox oynamaqdır. Hər oyunla birlikdə inam da geri qayıdacaq.

– Ötən il “Qarabağ”da ciddi zədə alaraq demək olar, mövsümü buraxdınız. Bu, psixoloji durumunuza necə təsir etdi?

– Zədə məni bir az relsdən çıxardı, amma yaxınlarımın dəstəyi ilə vəziyyəti tezliklə psixoloji olaraq qəbul etdim. Ümumilikdə, bu zədə məni həm fiziki, həm də psixoloji baxımdan gücləndirdi. Bədənimə daha peşəkar yanaşmağa başladım.

– Hazırda “Qarabağ” azarkeşlərinin çoxu Koxalskini ən yaxşı qapıçı hesab edirlər. Komandaya geri qayıtdığınız zaman onunla rəqabət aparmaq çətin olmayacaq?

– O, son dövrdə yaxşı çıxış edir. Koxalskiyə eyni tempdə davam etməyi arzulayıram. Zaman göstərəcək… Mən də rəqabət aparacağam. Rəqabət idmançını yalnız daha da güclü edir.

– “Qarabağ”da rəqabətdə uduzmağınızın səbəbini açıqlaya bilərsiniz?

– Bu suala cavab vermək istəmirəm.

– Şahruddin sizin yaxın dostunuzdur. O, karyeranızda hansı rolu oynayıb?

– Şahruddin mənim həyatımda çox böyük rol oynayır. O mənə həm futbolda, həm də həyatda dəstək olur. Ondan maneələri aşmağı və məşqlərdə hər zaman maksimum gücümü ortaya qoymağı öyrəndim. “Qarabağ”da olan bütün qapıçılarla yaxşı münasibətlərim olub, hər biri mənə faydalı məsləhətlər verib.

– 22 yaşınızda “Qarabağ”la bir çox uğurlar qazanmısınız. Bu klub karyeranızda hansı yeri tutur?

– Bu klub mənim karyeramda çox önəmli rol oynayır. Məni peşəkar futbolçuya çevirdi. Mən “Qarabağ”a çox gənc gəlmişdim, onlar məni kişi elədilər.

– Buna qədər başqa Azərbaycan klublarından və ya xaricdən təkliflər almısınız?

– Bu suala cavab vermək istəmirəm.

– Yaxın illər üçün əsas məqsədləriniz nələrdir?

– Mənim məqsədim futbol oynamaq və özümün ən yaxşı versiyasına çevrilməkdir.

– Sonda azarkeşlərə nə demək istərdiniz?

– Azarkeşlərə dəstək sözlərinə görə ayrıca təşəkkür edirəm.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri