Icma.az
close
up
RU
Kazino sənayesinin yenidən leqallaşması: Azərbaycan üçün yeni iqtisadi fürsət ARAŞDIRMA

Kazino sənayesinin yenidən leqallaşması: Azərbaycan üçün yeni iqtisadi fürsət ARAŞDIRMA

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə dünyanın bir çox ölkəsində kazinolara olan münasibət köklü şəkildə dəyişməkdədir.

Bir zamanlar ciddi şəkildə qadağan olunan bu fəaliyyət növü bu gün artıq iqtisadi inkişafın stimullaşdırılması, turizmin canlandırılması və büdcə gəlirlərinin artırılması baxımından mühüm alət kimi qiymətləndirilir.

Dövlətlər bu sahədə ciddi nəzarət və tənzimləmə mexanizmləri tətbiq etməklə, həm gəlirləri artırmağa, həm də sosial riskləri minimuma endirməyə nail olurlar. Nəticədə, kazinolar yalnız əyləncə vasitəsi kimi deyil, həm də strateji iqtisadi resurs kimi çıxış edir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycan üçün də kazinoların yenidən leqallaşdırılması, düzgün hüquqi və iqtisadi mexanizmlər çərçivəsində həyata keçirilərsə, ölkəyə həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətli töhfələr verə bilər. Belə ki, kazinolar turizmin inkişafına ciddi təkan verə, regionlarda yeni iş yerlərinin yaradılmasına səbəb ola, dövlət büdcəsinə vergi şəklində əlavə gəlirlər təmin edə bilər. Bununla yanaşı, bu sahənin leqallaşdırılması qeyri-rəsmi və nəzarətsiz fəaliyyətin qarşısını almağa, qumarla bağlı sosial problemlərin aşkarlanaraq nəzarət altına alınmasına da imkan yarada bilər.

Bu mövzuda göstərilən yanaşmalar kazinoların leqallaşdırılmasının yalnız iqtisadi yox, eyni zamanda sosial və hüquqi aspektlərini də əhatə edir. Sosial baxımdan bu, məsuliyyətli qumar oynama mədəniyyətinin formalaşdırılması, zərərli vərdişlərin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və psixoloji dəstək mexanizmlərinin yaradılması deməkdir. Hüquqi müstəvidə isə bu proses, şəffaf və effektiv qanunvericilik bazasının yaradılmasını, lisenziyalaşdırma və nəzarət mexanizmlərinin tətbiqini tələb edir. Yəni məsələ yalnız kazinoların açılması ilə məhdudlaşmır – bu, genişmiqyaslı institusional və tənzimləyici islahatlar tələb edən kompleks bir prosesdir.

Akif Nəsirli: "Bu sahədən əldə olunacaq gəlirlərin birbaşa dövlət büdcəsinə yönləndirilməsi mümkündür"

Məsələnin hüquqi tərəfi ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən hüquqşünas Ayxan Məmmədli diqqətə çatdırıb ki, müasir dövrdə bir çox ölkələrin təcrübəsi göstərir ki, bu sahənin qanunvericiliklə tənzimlənərək dövlət nəzarəti altında fəaliyyət göstərməsi həm hüquqi, həm də iqtisadi baxımdan müsbət nəticələr verir:

"Kazino və digər qumar oyunlarının hüquqi əsaslarla leqallaşdırılması ilk növbədə vətəndaşların hüquqlarının qorunmasına xidmət edir. Belə ki, qanuni kazino fəaliyyəti şəffaf şəkildə tənzimlənir, iştirakçıların hüquqları qorunur, oyunların ədalətliliyi və təhlükəsizliyi təmin olunur. Bu da vətəndaşları qeyri-qanuni və təhlükəli məkanlardan uzaqlaşdıraraq hüquqi çərçivədə əylənməyə təşviq edir. Hüquqi tənzimləmə həm də bu sahədə çalışan şəxslərin əmək hüquqlarının qorunması, vergi ödəmələri və sosial təminat məsələlərinin qanuni əsasda həll olunmasına imkan yaradır. Əgər kazino fəaliyyəti qanunla icazə verilmiş və lisenziyalaşdırılmış şəkildə həyata keçirilsə, dövlət bu sahədən gələn gəlirləri rəsmi şəkildə qeydiyyata alaraq büdcəyə yönləndirə bilər. Bu isə qeyri-rəsmi iqtisadiyyatın qarşısının alınmasına xidmət edir".

Ayxan Məmmədli: Hüquqi çərçivədə fəaliyyət göstərən kazinolar bir çox ölkədə turizmin mühüm hissəsinə çevrilib

Məsələnin hüquqi tərəfi ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən hüquqşünas Ayxan Məmmədlinin sözlərinə görə, müasir dövrdə bir çox ölkələrin təcrübəsi göstərir ki, bu sahənin qanunvericiliklə tənzimlənərək dövlət nəzarəti altında fəaliyyət göstərməsi həm hüquqi, həm də iqtisadi baxımdan müsbət nəticələr verir:

"Kazino və digər qumar oyunlarının hüquqi əsaslarla leqallaşdırılması ilk növbədə vətəndaşların hüquqlarının qorunmasına xidmət edir. Belə ki, qanuni kazino fəaliyyəti şəffaf şəkildə tənzimlənir, iştirakçıların hüquqları qorunur, oyunların ədalətliliyi və təhlükəsizliyi təmin olunur. Bu da vətəndaşları qeyri-qanuni və təhlükəli məkanlardan uzaqlaşdıraraq hüquqi çərçivədə əylənməyə təşviq edir. Hüquqi tənzimləmə həm də bu sahədə çalışan şəxslərin əmək hüquqlarının qorunması, vergi ödəmələri və sosial təminat məsələlərinin qanuni əsasda həll olunmasına imkan yaradır. Əgər kazino fəaliyyəti qanunla icazə verilmiş və lisenziyalaşdırılmış şəkildə həyata keçirilsə, dövlət bu sahədən gələn gəlirləri rəsmi şəkildə qeydiyyata alaraq büdcəyə yönləndirə bilər. Bu isə qeyri-rəsmi iqtisadiyyatın qarşısının alınmasına xidmət edir".

Müsahibimiz vurğulayıb ki, hüquqi mexanizmlər vasitəsilə kazino fəaliyyətinə yaş həddi, məsuliyyətli oyun qaydaları, psixoloji dəstək xətləri və digər tənzimləyici mexanizmlər tətbiq edilə bilər. Bu yanaşma həm sosial rifahı qorumağa, həm də azart oyunlarının mənfi təsirlərini minimuma endirməyə şərait yaradır:

"Qeyd etmək lazımdır ki, hüquqi çərçivədə fəaliyyət göstərən kazinolar bir çox ölkədə turizmin mühüm hissəsinə çevrilib. Azərbaycanda da bu istiqamətdə müasir və şəffaf qanunvericilik bazasının formalaşdırılması, həm daxili bazara, həm də beynəlxalq turist axınına müsbət təsir göstərə bilər".

Rəhman Quliyev: Azərbaycanda bu modelin tətbiqi turist axınının artmasına səbəb ola bilər

Bakıvaxtı.az-a kazino fəaliyyətinin turistik cəhətdən əhəmiyyəti ilə bağlı söz açan turizm eksperti Rəhman Quliyev isə nəzərə çatdırıb ki, müasir dövrdə turizm sektoru yalnız tarixi və mədəni irslə məhdudlaşmır. Turistlər səyahət etdikləri ölkələrdə eyni zamanda əyləncə, rahatlıq və fərqli təcrübələr axtarırlar. Bu baxımdan, dünya üzrə bir çox ölkələrdə, xüsusilə də turizm yönümlü iqtisadiyyata malik olan dövlətlərdə - kazino və digər əyləncə sahələri turizm sektorunun mühüm tərkib hissəsinə çevrilib:

"Azərbaycanda da turizm son illər dinamik inkişaf mərhələsindədir. Xüsusilə Bakı şəhərindən kənarda və regionlarda inşa edilən otellər, kurortlar və istirahət mərkəzləri beynəlxalq səviyyəli xidmətlər təklif etməyə başlayıb. Bu infrastrukturun üzərinə qanuni və nəzarətli kazino fəaliyyətinin əlavə olunması ölkənin turizm cəlbediciliyini daha da artıra bilər. Qanuni kazinolar turistlər üçün əlavə əyləncə vəd edir. Məsələn, Qazaxıstan, Gürcüstan, Kipr, Monteneqro və digər ölkələrdə kazino sektoru həm xarici turistləri cəlb edir, həm də həmin ölkələrə valyuta axını yaradır. Bu ölkələrdə fəaliyyət göstərən kazinolar, sadəcə oyun deyil, eyni zamanda yüksək səviyyəli restoranlar, konsertlər və digər tədbirlərlə zəngin əyləncə kompleksləri kimi çıxış edir".

Mütəxəssis söyləyib ki, Azərbaycanda bu modelin tətbiqi həm turist axınının artmasına, həm də onların ölkədə daha uzun müddət qalmasına səbəb ola bilər. Bu isə hotellər, restoranlar, nəqliyyat və digər xidmət sahələri üçün də əlavə gəlir mənbəyi deməkdir. Eyni zamanda, ölkə brendinin inkişafı və beynəlxalq turizm sərgilərində tanıdılması baxımından da bu tip əyləncə imkanları böyük rol oynaya bilər.

Bütün fikirlərdən bu nəticəni çıxarmaq olar ki, Azərbaycanda kazino fəaliyyətinə münasibət uzun illərdir mənəvi və sosial dəyərlər prizmasından qiymətləndirilir. Lakin reallıq göstərir ki, bu sahəyə maraq həm ölkə daxilində, həm də xaricdə mövcuddur. Qadağalar isə həmin marağı qeyri-qanuni istiqamətlərə yönəldir və nəticədə nə vətəndaşın hüququ qorunur, nə də dövlət iqtisadiyyatına real töhfə verilir. Əgər bu fəaliyyət qanuni əsaslarla, ciddi nəzarət və etik çərçivə daxilində təşkil olunsa, həm iqtisadi baxımdan gəlirli, həm hüquqi baxımdan təhlükəsiz, həm də turizm baxımından cəlbedici bir sahəyə çevrilə bilər. Kazinolar təkcə oyun mərkəzi deyil, həm də əyləncə, istirahət və xidmət sektorlarını özündə birləşdirən turizm infrastrukturu formalaşdıra bilər.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri