Icma.az
close
up
RU
KDÇ nin taleyi necə olacaq?

KDÇ nin taleyi necə olacaq?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Klublarası dünya çempionatında (KDÇ) indi 1/8 final oyunları keçirilir. Və biz artıq FİFA-nın yeni layihəsinin nə dərəcədə uğurlu olub-olmamasıyla bağlı fikir yürüdə bilərik.

Hər kəsə aydındı ki, layihənin mahiyyəti teleyayın hüququ və bilet satışından qurum üçün daha çox pul qazanmaqdan ibarətdi. Futbol bosslarının bu planda olan ümidləri açıq-aşkar doğrulmadı: turnir böyük ajiotaj doğurmadı, bəzi oyunlarda azarkeşlərin turnirə maraq göstərməsi görüntüsü yaratmaq üçün az qala bileti pulsuz paylayırlar.
Əlbəttə, indiki durum tam iflas deyil, ancaq heç nə dəyişməsə, növbəti turnirlərə tələbat bundan da az olacaq.
Problem ilk növbətə turnirin vaxtı ilə bağlıdı. Mövsümlərarası dövrdə yalnız yığmaların beynəlxalq turnirləri keçirilir, bütün klub turnirlərinə isə az qala yoldaşlıq oyunu kimi baxılır, bu KDÇ də istisna deyil. KDÇ çoxdan unudulan İntertoto kubokunu xatırladır. O da yayda keçirilirdi, rəsmi avrokubok turniri sayılsa da, münasibət eynən indiki kimi idi.
Digər problem isə turnirin formatından irəli gəlir, məsələn, Almaniya çempionu həvəskar komandaya qarşı, özü də əsas heyət ilə oynamalıdı. Nəticədə elə hesab qeydə alınır ki, meydandakı mübarizə ikitərəfli oyunu xatırladır. FİFA nə qədər çalışsa da, top-klublar turnirə ciddi yanaşmır, onların çoxu ulduzlarını qoruyur, meydana çıxanlar isə imkanlarının 30 faizi həddində oynayır, bu üzdən tez-tez gözlənilməz nəticələr görürük. Bütün bunları nəzərə alanda “Atletiko”nun “Botafoqo” və “Sietl”in olduğu qrupda mübarizəni dayandırmasını, çətin ki, sensasiya saymaq mümkündü.
Əlbəttə, hər şeyi də qara görməyə dəyməz. Həqiqətən də turnirin parlaq gələcəyi ola bilər. Bu isə aşağıda göstərilən amillərdən biri yerinə yetiriləcəyi təqdirdə mümlündü. İlk variant odu ki, turnirin mükafat fondu Çempionlar Liqası ilə bərabər olsun. Onda həm böyük klublar turnirdə həvəslə oynayacaq, həm də kiçiklər inkişaf, deməli, güclü olmaq üçün pul əldə edəcək.
İkinci variant ÇL-in sıradan çıxmasıdı. Superliqanın yaradılması FİFA-nın işinə yarayar. Mövsüm ərzində keçirilən oyunların sayı azalsa, klublar yalnız liqa formatında oynasa, dördildənbir keçirilən KDÇ açıq-aşkar daha ciddi statusa malik turnir sayılacaq, heç kimi qıcıqlandırmayacaq. Bütün qitələrin öz Superliqası olsa və məhz bunların qalibləri KDÇ-yə vəsiqə qazansa, onda turnirin necə populyarlaşacağını təsəvvür edirsizmi?!
Ancaq bu amillərin heç biri indiki məqamda reallaşan deyil. ÇL-də olan pulun KDÇ-də olması prinsipcə mümkünsüzdü. ÇL mövsüm boyunca keçirilir, həm oyunların sayı çoxdu, həm də turnirin statusu yüksəkdi, bu üzdən oyunların yayın hüququ hədsiz baha satılır. Sponsorlarla bağlı da vəziyyət eynidi. Onlar ÇL-in istənilən oyununda reklam vaxtı əldə etməyi daha üstün tutar, nəinki KDÇ-nin finalında. Bu üzdən də ÇL-də mükafat fondu istənilən halda dəfələrlə artıq olacaq. Yaxın gələcəkdə Superliqanın yaradılması da mümkünsüzdü, FİFA özü də bu ideyanın əleyhinə çıxıb, hətta yaradılsa da, çətin ki, iki qurum əməkdaşlıq edə.
Belə görünür ki, indiki mərhələdə KDÇ-nin perspektivi elə də parlaq deyil. Və növbəti turnir hansısa səbəbdən baş tutmasa, indiki turnir uğursuz eksperiment kimi dəyərləndirilsə, heç kim təəccüblənməməlidi.
"Football-plus.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri