Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Kəbinlə ailə quranların hüquqları havada qalır İZAH

Kəbinlə ailə quranların hüquqları havada qalır İZAH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

16 yaşlı uşaq evlənə bilir, amma pasport üçün valideyn axtarılır


Mehriban Zeynalova: “Nikah yaşı və şəxsiyyət vəsiqəsi qaydaları təcili yenilənməlidir!”


Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının” çıxarılması təklif edilir. "Şərq" xəbər verir ki, bu məsələ Milli Məclisin dünən keçirilən plenar iclasında müzakirə olunan Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

 Mövcud qanunvericiliyə əsasən, məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. Qanun layihəsində yuxarıdakı maddənin ləğv edilməsi təklif olunur. Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən, nikah münasibətlərinin başlanması vaxtını göstərir. Beləliklə, yuxarıda nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü il iyulun 8-dən qabaq başlanıb ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur. Bununla belə, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından real görünmür. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, ictimai formasiyalar, siyasi quruluşlar, dövrlər dəyişdikcə, qanunlara dəyişiklik etmək zərurəti yaranır: 


- Sözügedən qanun SSRİ zamanında qəbul edilmişdi. Orada göstərilirdi ki, faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi nikah münasibətlərindəolma faktını təsdiqləyə bilər. Bu elə bir zaman üçün münasib idi ki, sovet hakimiyyəti qurulanadək, qanunların icrasına başlanıladək nikah münasibətləri yalnız kəbin kəsdirməklə rəsmiləşirdi. O zaman tərəflər kəbin kağızını təqdim edərək nikah bağlanmasını təzələyə, yeniləyə bilirdilər. Təsəvvür edək ki, rayonlarda, ucqar kəndlərdə o dövrdə nikah qeydiyyatı şöbələri olmayıb. Bu cür strukturlar zamanla yarandı. Üstəlik, müharibələr olurdu, nikah münasibətlərində olan tərəflərdən hansısa itkin düşürdü. Tərəflərdən birinin, qohum-əqrəbanın şahidliyi ilə nikah münasibətləri rəsmiləşdirilirdi. Bu, həm də müharibələrdə həyat yoldaşını itirmiş qadınlara müavinətlərin təyin edilməsi məqsədi daşıyırdı. Necə ki hazırda dövlətimiz ailə başçısını itirməyə görə, tənhalığa görə müavinət təyin edir, o zaman da belə qanun vardı. Ona görə də kəbin kağızı etibarlı sənəd hesab edilərək nikahın təsdiqlənməsində sənəd kimi qəbul olunurdu. Amma deyildiyi kimi, yarım əsrdən də artıq bir zaman keçir, 1944-cü ilədək nikah bağlamış şəxslərdən hazırda həyatda olanlar çox az saydadır. 90-100 yaşları olar. Bu vaxtadək nikahları təsdiqlənib, qanuni müavinətlərini də alıblar. Ona görə də Mülki Məcəlləyə bu dəyişiklik zəruridir. 


M.Zeynalova qeyd etdi ki, problem 1944-cü ilədək nikah bağlamış şəxslərlə yox, hazırda rəsmi nikah olmadan, ya kəbinlə evlənənlər, ya da sadəcə vətəndaş nikahında olanlarla bağlıdır: 


- Belə hallarda tərəflərin hüquqlarının qorunması, müdafiəsi çətinləşir. Hüquqi sənəd olmadığından problemlər yaranır. Sosial şəbəkədə bir uşaqla bağlı məsələ müzakirə edilirdi, bir neçə gün əvvəl. Mahiyyət bu idi ki, 16 yaşı tamam olmuş şəxsin pasport alması üçün valideynin iştirakı və razılığı lazım idi. Halbuki bu, şəxsin vətəndaş olaraq hüququdur və öz hüququnu özü də tələb etmək hüququ var. Di gəl ki ərə getmək, qanunsuz kimləsə yaşamaq hüququnu şəxsin – “uşağın”  öz ixtiyarına verirlər. Belə bir əndrəbadi hal yaşanır. Görəsən, “uşaq” hesab edilən 16 yaşlı şəxsin pasport alması məsələsində valideynin razılığı və iştirakının kökündə hansı əsas durur? Qeydiyyat, mülk, ya hansı səbəb? Hesab edirəm ki, nikah yaşı, şəxsiyyət vəsiqəsi almaq hüququ ilə bağlı qanun və qaydalara diqqətlə baxılmalıdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyun 2025 04:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri