Icma.az
close
up
RU
Dini kəbinlə qeyri rəsmi nikahların sayı artacaq REAKSİYA

Dini kəbinlə qeyri rəsmi nikahların sayı artacaq REAKSİYA

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Qohum evliliklərinə qanunla qadağanın qoyulması hələ heç nəyi dəyişmir


“Statistikadan xəbərimiz olmayacaq. Amma ictimaiyyət də buna qarşı çıxmalı, məlumat əldə etdikdə müvafiq qurumlara məlumat verməlidirlər”


Qohum evliliklərini qadağan edən qanunun 2025-ci ilin 1 iyulundan etibarən qüvvəyə minəcəyi barədə qərar ötən aylar ərzində qohum evliliklərinin sayının sürətlə artmasına səbəb oldu. 1 illik möhləti “layiqincə” qiymətləndirməyi qarşısına məqsəd qoyanlar bir-biri ilə qohum olan övladlarının toyunu tez-tələsik reallaşdırdı. Bunu rəsmi statistika da təsdiq edir. Statistikaya əsasən bioloji qohumluğu olan şəxslər arasında cari ilin yanvar ayında 252, fevralda 131, martda 176, apreldə 139, mayda 271, iyunda isə 460 nikah qeydə alınıb. 

Bu barədə Ədliyyə Nazirliyinin məlumatında qeyd olunur. Bildirilib ki, bioloji qohumluğu olan şəxslər arasında 2025-ci ilin yanvar ayında 252, fevralda 131, martda 176, apreldə 139, mayda 271, iyunda isə 460 nikah qeydə alınıb. Qeyd edək ki, Ailə Məcəlləsinə təsdiqlənən dəyişikliklə bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib. Bu tarixə qədərsə nişanlı cütlüklərə, necə deyərlər, 1 il möhlət hüququ verildi. Yəni “dəxi nə edə bilərik, xalqın balası nişanlısından necə imtina etsin?!. İcazə verək, evlənsinlər”. Vəziyyət göz önündədir. Evlənən evləndi. Fəqət, qanunun qəbulu və qüvvəyə minməsiylə qohum evlilikləri azalacaqmı? Çətin sualdır.    

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum nikahları və erkən nikaha təşəbbüslə bağlı qadağanın qüvvəyə minməsinə münasibət bildirərkən qeyd edib ki, qadağalar bu vaxta qədər baş verən bir çox xoşagəlməz hadisələrin sayının azalmasına gətirib çıxaracaq: "Bizim də məqsədimiz budur. Prosesi tənzimləməyə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdıran insanların prosesdə ardıcıl iştirakı və töhfəsi faydalı olacaq. Artıq qohum evlilikləri və erkən nikahla bağlı qanunazidd hər hansı əməl mütləq şəkildə məsuliyyət yaradır. Daha əvvəl maarifləndirmə ilə məşğul olurduqsa, indi konkret qadağaları əsas gətiririk. Bu əməli törədənlər, qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalanacaqlar". 


Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirdi ki, bu məsələnin dəhşətli tərəfi budur ki, valideynlər yaxın qohumlarla nişanlı olan övladlarının toyunu tələsik yekunlaşdırdılar. Kimlər ki yaxın qohumla quda olmaq istəyirdi, qanun qüvvəyə minənədək övladlarının toyunu etməyə çalışdılar və buna nail oldular: 

- Bunların arasında nişanlı olanlar da vardı, olmayanlar da. Fürsətdən istifadə edib evləndilər. Bir çoxları məsələnin mahiyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu hələ də anlamır. Qohum evlilikləri çox zaman yaxın qohumlar arasında narazılığın, küsülülüyün, hətta düşmənçiliyin yaranmasına səbəb olur, ailələr dağılır, boşanma halları artır, ən dəhşətlisi - körpələr irsi xəstəliklərlə dünyaya gəlir. Bəli, qanunun 1 il sonra qüvvəyə minəcəyi ilə bağlı qərar qohum evlliklərinin sayını sürətlə artırdı. Burada bizim vətəndaşların, problemin mahiyyətini anlamayan, dərk etmək istəməyən, inadla qohum evliliyinə çalışan insanlarımızın günahı böyükdür. Qohum evlilikləri ilə bağlı əldə edilmiş statistik rəqəmlərdə Bakıda, Astarada, ölkəmizin cənub və qərb bölgəsində, Tovuzda daha çoxdur. Düzdür, xəstə uşaqlarla bağlı belə bir statistika yoxdur. Amma elm sübut edib ki, qohum olmayan evliliklərdən doğulan uşaqlarda, məsələn, talassemiya xəstəliyi 2-4 faizdirsə, qohum evliliklərində 4-8 faizdir. Daun xəstəliyi qohum olmayan evliliklərdə 800 uşaqdan 1-də müşahidə olunursa, qohum evliliklərində 800 uşaqdan 800-də də təsadüf edilir. Ətrafımızda, tanıdıqlarımız arasında dəfələrlə müşahidə etmişik, şahidi olmuşuq xəstə uşaqların doğulmasının. İnsan – bir qadın, gələcəyin anası və ya atası necə razı olur ki, onun övladı dünyaya xəstə gəlsin, ömrünün sonunadək xəstəliklə yaşasın?!. Valideynin səhvi, məsuliyyətsizliyi ucbatından körpənin xəstə doğulmasının günahı qadınla kişinin üzərindədir. Onlar ömürlərinin sonunadək bu töhmət altında necə yaşayırlar, necə yaşayacaqlar?


Sosioloq qeyd etdi ki, qohum evlilikləri ən az 4-cü nəsildən, ən yaxşı halda isə 7-ci nəsildən sonra həyata keçirilməlidir: 

- Elm sübut edir ki, qohum evliliklərində xəstə uşaqların doğulma ehtimalı ən yaxşı halda 7 nəsil dəyişəndən sonra mümkündür. Heç olmasa, 4 nəsil dəyişməlidir. Qohum evlilikləri necə müəyyənləşəcək məsələsinə gəlincə, əvvəla bu, qanunla tənzimlənir. Düşünmürəm ki, bundan xəbərsiz insan olsun. Xəbərsiz olsalar belə, nikah üçün müraciət edildikdə qeydiyyat şöbələrində, ASAN Xidmət mərkəzlərində bu barədə tərəflərə məlumat veriləcək. Nikahı həyata keçirənlər qanunun icrasına məsul şəxslərdir. Araşdıracaqlar, qohumluq əlaqələri var, yox. Şəxsiyyət vəsiqələri təqdim olunacaq, həmçinin valideynlərin də şəxsiyyət vəsiqələri də tələb ediləcək. Sistemə vurulanda elektron sistemdə qohum olub-olmadıqları bilinəcək. Qeydiyyat şöbələrində bu gizli qalmayacaq. Müəyyənlik əldə edildikdə rəsmi şəkildə nikaha daxil olmağa icazə verilməyəcək. Həm də insan özü utanmalıdır ki, qanun olduğu halda onu pozmağa cəhd edir. Bu, istisna deyil ki, dini kəbinlə qeyri-rəsmi nikahların sayı artacaq. Statistikadan xəbərimiz olmayacaq. Amma ictimaiyyət də buna qarşı çıxmalı, məlumat əldə etdikdə müvafiq qurumlara məlumat verməlidirlər. Rayon icra hakimiyyətləri, yerli təşkilatlar güclü maarifləndirmə işi aparmalıdırlar. İnsanlara qanunun mahiyyəti anladılmalıdır. Mahiyyət dərk edilmədən qanunun icrası çətin olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri