Icma.az
close
up
RU
Roma betonunun sirri: Minillik binalar niyə dağılmır?

Roma betonunun sirri: Minillik binalar niyə dağılmır?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Antik Romadan günümüzə miras qalan və minillərdir dimdik dayanan nəhəng qurğular, müasir mühəndislik üçün ən böyük maraq obyektlərindən biridir.

Qaynarinfo xəbər verir ki, Panteonun möhtəşəm günbəzinə və böyük su akveduklarına qədər bir çox əsər təbiət şərtlərinə meydan oxuyur, halbuki bu gün tikdiyimiz beton binalar bir neçə on il ərzində çatlayır. Tədqiqatçılar isə son dövrlərdə romalıların bu uğurunun arxasındakı gizli formulu anlamağa hər zamankindən daha yaxın olublar.


Müasir sementin gücü antik rəqiblərinə çatmır

Bu gün tikinti sektorunun əsas daşı olan müasir beton, 19-cu əsrdə İngiltərədə hazırlanmış Portland sementinə əsaslanır. Lakin bu texnologiya həm istehsal prosesi zamanı yüksək enerji tələbi səbəbindən ətraf mühitə ciddi ziyan verir, həm də davamlılıq baxımından Roma betonunun yanına belə çata bilmir. Müasir mühəndislər Portland sementinin bu ağır və təbiətə zərərli quruluşundan qurtulub, antik dövrdəki saf və effektiv gücə çatma yollarını axtarırlar.


Öz yaralarını sağaldan gizli qarışım

Roma betonunu müasir nümunələrindən fərqləndirən ən diqqətçəkən xüsusiyyət, öz-özünü sağalda bilməsidir. Müasir betonda zamanla çatlaqlar əmələ gəlir, amma Roma betonu əsrlər boyu müqavimətini qoruyub saxlaya bilir.

Uzun illər boyunca, bu betonun içindəki kiçik ağ parçacqlar "pis qarışım” və ya "mühəndislik xətası” hesab edilirdi. Lakin son tədqiqatlar göstərir ki, bu xətalar əslində sistemin mükəmməl işləməsini təmin edən əsas texnologiya imiş.


Həqiqi texnologiya: CASH qarışımı

Elmi ictimaiyyət betonun davamlılığını kalsium alüminat silikat hidrat (CASH) adlı qarışımdan aldığını bilir. Əsas sual isə romalıların bu qarışımı necə bir araya gətirmələri ilə bağlıdır.

Ümumi nəzəriyyəyə görə, əhəng daşı yüksək temperaturda yandırılaraq sönməmiş kireç əldə edilir, sonra isə bu maddə su və vulkan külü ilə qarışdırılaraq məşhur formül ortaya çıxır.


Səhv sanılan parçalar əslində texnoloji möcüzədir

Keçmişdə alimlərin "yetərsiz qarışdırma” adlandırdığı tortular, ehtimal ki, betona sızan su ilə reaksiya verərək çatlaqları bağlayan kalsium mənbəyi rolunu oynayır. Bu, beton zədələndiyi zaman öz-özünü "müalicə etməsi” deməkdir. Müasir laboratoriyalarda bu antik prinsiplə yeni nəsil betonlar istehsal olunur və Roma betonunun nə qədər inkişaf etmiş olduğunu təsdiqləyir.


Gələcəyin şəhərləri antik texnologiya ilə yüksələ bilər

Hələ ki, bu formulun bütün detalları kopyalana bilməsə də, tədqiqatçılar antik Romadakı davamlılıq sirlərini müasir qatqılarla birləşdirməyə çalışırlar. Ola bilsin ki, gələcəyin şəhərləri min illər əvvəl unudulmuş, lakin bənzərsiz texnologiya ilə yenidən ucalacaq.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Fevral 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri