Keçən il işdən qeyri qanuni azad edilən 60 dan çox şəxs əvvəlki işlərinə bərpa olunub
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Keçən il işdən qeyri-qanuni azad edilən 60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub.
Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il vətəndaş müraciətlərini araşdırarkən 61 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox məbləğdə vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Ödənilən vəsaitin 88,6 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Yanvar 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















