Icma.az
close
up
RU
Keçid üzərində saxlayan avtomobil, səkiyə uzanan iaşə obyektləri piyadanın hərəkətinə mane olur

Keçid üzərində saxlayan avtomobil, səkiyə uzanan iaşə obyektləri piyadanın hərəkətinə mane olur

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakı piyadalar şəhəri olsun”... Tez-tez eşidirik bu cümləni. Yaxşı, olsun. Bəs bunun üçün şərait varmı? Tutaq ki, bir küçədə səki ilə piyada gedirsən, irəlidə qarşına böyük bir işıq dirəyi çıxır və yaxud səki ilə getdiiyn yerdə səki bitir, məcbur qalırsan ki, avtomobil zolağına keçəsən. Başqa misal; səki ilə getdiyin yerdə qarşıdan hansısa marketin, restoranın və ya kafenin reklam lövhəsi çıxır, bunun üzərindən adlamaq olarmı? Ya da səki ilə getdiyin yerdə baxırsan ki, qarşıda bir "məxluq" fərdi avtomobilini sənə məxsus yolun üzərində saxlayıb. Həmin nəqliyyat vasitəsinin üstündənmi keçməlisən? Nə isə, o qədər belə problem var ki... Bəlkə nə vaxtsa Bakı da tıxacsız, ictimai nəqliyyatın intensiv işlədiyi piyadalar şəhəri olacaq, amma bu gün deyil. Bəlkə də onu biz görməyəcəyik...

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, şəhərin daha sıx məskunlaşma sərhədlərinə baxanda, eyni zamanda "Yeni Günəşli-28 May", "28 May-Yasamal" və "Bilərcəri-Rəsulzadə qəsəbəsi" istiqamətində məsafələrə nəzər yetirəndə görərsiniz ki, çox da böyük bir məsafə deyil. Ekspertin fikrincə, bunu ictimai nəqliyyat, piyada və ya mikromobil ilə hərəkət etmək imkanı olmalıdır ki, insanlar daha çox fərdi nəqliyyatdan ictimai nəqliyyata yönələ bilsinlər.

Rauf Ağamirzəyev

“Bu gün ən ciddi problemlərdən biri odur ki, şəhər daxilində piyada infrastrukturu çox baryerlidir. Yəni, önündə o qədər baryerlər var ki, insanlar piyada gəzməkdən çəkinir. Amma, şərait yarandığı təqdirdə, avtomobil əgər zebrada saxlayırsa və ya səkini zəbt edirsə, insanların hərəkətlərini məhdudlaşdırırsa, bu nizamsızlığa son verilməlidir. Əgər hər hansı bir obyekt yolu zəbt edibsə, bunun da qarşısı alınmalı və insanların hərəkətinin önü açılmalıdır. O zaman tam fərqli bir hərəkətlilik müşahidə edə bilərik. Bu gün statistikada mikromobil, avtobus, dəmiryol və metro statistikası var. Bəs nə qədər insan piyada hərəkət edir? Bu barədə heç bir statistika yoxdur”-deyə nəqliyyat məsələləri üzrə ekspert qeyd edib.

Rauf Ağamirzəyev deyir ki, Bakı şəhərində ən qısa küçəmiz 300 metr və ən uzun prospektimiz 10 kilometrdir, eyni zamanda davamlı və baryersiz, həssas qrupları nəzərə alaraq qurulmuş bir səki yoxdur, bu da ən önəmli problemlərdən biridir. Ekspertin fikrincə, müasir şəhərlərdə piyada ən üst hissədə olsa da, Azərbaycanda tərsinədir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri