“Paşinyanın məqsədi məğlubiyyətə günahkar tapmaqdır” Tofiq Zülfüqarov
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan hakimiyyətinin Minsk Qrupu sənədlərinin açıqlanması ilə bağlı qərarını şərh edib. O, bildirib ki, Paşinyan administrasiyası bu addımı özünün seçkiqabağı mövqelərini möhkəmləndirmək üçün atsa da, nəticələr gözlənilən effekti verməyib.
T.Zülfüqarov deyib ki, sənədlərin dərcindən sonra Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan danışıqlar prosesində müxtəlif məqamlardan imtina edə bilmədiklərini etiraf edən mövqedə qalıblar. Lakin Minsk Qrupunun danışıqlar prinsipi “heç nə razılaşdırılmayıbsa, deməli, heç nə razılaşdırılmayıb” - bu şəxslərə yönəlik ittihamların asanlıqla neytrallaşdırılmasına imkan yaradır. Eks-nazir qeyd edib ki, bunun nəticəsində Ermənistanda “kim günahkardır” mübahisəsinin daha da kəskinləşəcəyi gözlənilir. Onun fikrincə, Paşinyanın gizli sənədləri açıqlamaq taktikasının məqsədi məğlubiyyət və kapitulyasiya üçün “günahkar” axtarmaqdır. Bu yolla Paşinyan “dövlətqurucu ideya” kimi təqdim etdiyi “üçüncü Ermənistan Respublikası” siyasətinin tam fiaskosunu başqasının üzərinə yükləməyə çalışır.
Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın siyasi sağlamlaşması mümkün deyil, əgər ölkə ciddi şəkildə özünün anneksiya yönümlü siyasətini, “miatsum” layihələrini, “ndjeizm” ideologiyasını və digər ekspansionist yanaşmalarını siyasi müstəvidə qınamasa.
Keçmiş nazir hesab edir ki, Ermənistan regionda uzunmüddətli və davamlı sülh əldə etmək istəyirsə, ilk növbədə qonşu ölkələrdən rəsmi şəkildə üzr istəməli, onların torpaqlarına qarşı aparılan təcavüzkar siyasəti açıq şəkildə pisləməlidir. Bu, baş vermədikcə Ermənistanın gələcəyində sabitlik və sülh gözləmək çətindir.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 04 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















