Icma.az
close
up
RU
Keçmiş bankir Kanadanın baş naziri olmaq istəyir

Keçmiş bankir Kanadanın baş naziri olmaq istəyir

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az Böyük Britaniyanın “BBC” tele-yayım korporasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, qalib gələcəyi halda, 59 yaşlı Karni nəinki “Liberal” Partiyasına rəhbərlik edəcək, həm də bu ilin sonunda keçiriləcək seçkilərə qədər Kanadanın baş naziri olacaq.
Görkəmli iqtisadçı olan kanadalı Mark Karni qlobal maliyyə böhranından sonrakı ilk illərdə - 2008-2013-cü illərdə - Kanada Bankının rəhbəri postunu tutub. 2013-cü ildən 2020-ci ilə qədər isə İngiltərə Bankının rəhbəri vəzifəsində çalışıb ki bu da “Brexit”lə bağlı mübahisəli illəridə olub.
“Mən bir çox böhranların həllində və iki iqtisadiyyatın xilas olunmasında iştirak etmişəm. Mən biznesin necə işlədiyini və onu sizin üçün necə işlədəcəyimi bilirəm”, – Karni doğma şəhəri Edmontonda namizədliyini irəli sürərəkən deyib.
Maraqlıdır ki, Karni son bir neçə ay ərzində Trüdonun iqtisadi müşaviri vəzifəsində çalışsa da, indi keçmiş baş naziri iqtisadi sahədəki idarəçiliyinə görə tənqid etməyə başlayıb.
- Mən Kanadada “Liberal” Partiyasında baş nazirin və onun komandasının iqtisadiyyatdan tez-tez yayındığını düşünən yeganə adam deyiləm”, - sabiq bankir vurğulayıb.
Ağsaqqal Trampı söhbətə çağırdı: "Özünə gəl!" Xatırladaq ki, Kanadanın baş naziri Castin Trüdo keçən həftə “Liberal” Partiyasının sədrliyindən istefa verib. Partiyanın rəhbəri vəzifəsinə namizədlərin irəsli sürülməsi prosesi yanvarın 23-dək davam edəcək və onların siyahısı hələ məlum deyil. Lakin siyasi müşahidəçilər partiyanın bir neçə tanınmış simasının seçkidə Karni ilə rəqabət aparacağını və ən çox namizədin olacağını proqnozlaşdırırlar. Ciddi rəqiblərdən birinin Trüdo dövründə baş nazirin müavini və maliyyə naziri vəzifələrini tutumuş, lakin ötən ilin dekabrında onları tərk etmiş Xristya Frilandın olacağı istisna deyil.

Anası ukraynalı olan Xristya Friland universitetdə Rusiyanın və bütün regionun tarixini öyrənib, Ukraynada jurnalist kimi çalışıb, baş nazirin müavini və maliyyə naziri kimi Kiyevə yardımında və Rusiyaya qarşı sanksiyaların tətbiqində mühüm rol oynayıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri