Icma.az
close
up
RU
Kanadanın keçmiş lideri indiki hökumətin köməyinə

Kanadanın keçmiş lideri indiki hökumətin köməyinə

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az Jan Kretyen “Globe and Mail” qəzetində dərc olunan köşə yazısında Donald Trampa xitabən, kanadalıların öz müstəqilliklərini yüksək qiymətləndirdiklərini, təhdid və təhqirlərin onları fikirlərindən döndərə bilməyəcəklərini yazıb.
“Birləşmiş Ştatlara qoşulmaq üçün kanadalıların nə vaxtsa dünyanın ən yaxşı ölkəsindən - biz isə, şübhəsiz ki, məhz beləyik – imtina edəcəklərini düşünməyə səni nə vadar edib?... Donald Tramp, bir qocadan digər qocaya kimi sənə deyirəm: özünə gəl!”, - Kanadanın keçmiş lideri ABŞ-nin yeni prezidentinə məsləhət verməyə çalışıb.
Xatırladaq ki, dünən 91 yaşı tamam olan Jan Kretyen 1993-2003-cü illərdə Kanadanın baş naziri vəzifəsini tutub. Onun “düz yola” dəvət etdiyi Donald Trampın isə bu ilin iyun ayında 79 yaşı tamam olacaq.
Tramp Kanadanın ABŞ-yə ilhaq edildiyi xəritə dərc edib Tarixə əlahiddə xidmətləri ilə düşməyən Jan Kretyenin “narahatlığı”nın təməlində Ottavanın ABŞ-yə münasibətdə ticarət və miqrasiya siyasətini dəyişməyəcəyi halda Donald Trampın Kanada məhsullarına gömrük rüsumlarını 25% artıracağı, xüsusilə də bu ölkəni ABŞ-nin 51-ci ştatına çevirəcəyi ilə bağlı təhdidləri dayanır.
Sözsüz ki, ABŞ-nin gələcək prezidentinin bir neçə dəfə bu məsələni qabartması rəsmi Ottavanın qəzəbinə səbəb oldu. Amma artıq hakim “Liberal” partiyasının rəhbəri vəzifəsindən istefa verən Castin Trüdonun tezliklə baş nazir postundan “qaçmaq” təşəbbüsü Kanadanın indiki hakimiyyətinin Donald Trampın iddiaları qarşısında aciz olduğundan xəbər verir.
Yeri gəlmişkən, dar macalda “döyüş meydanı”ndan qaçan Castin Trüdoya qarşı öz doğma partiyasında yaranmış iradlar əsasən elə onun Vaşinqtonun siyasi təzyiq kursuna müqavimət göstərə bilməməsi ilə bağldır.
Amma bunun əvəzində Castin Trüdo Kanadadan min kilomterlərlə uzaqda yerləşən və kanadalıların böyük əksəriyyətinin hətta adını belə eşitmədiyi təcavüzkar cırtdan Ermənistana havadarlıq etmək iddiasındadır.
Bu baxımdan, onun rəhbəri olduğu “Liberal” Partiyasının reytinqinin cəmiyyətdə nəzərəçarpacaq dərəcədə aşağı düşməsi heç də təəccüblü deyil. Rəy sorğuları partiyanın bu ilin oktyabrından gec olmayaraq keçiriləcək ümumi seçkilərdə məğlubiyyətə uğrayacağına dəlalət edir.
İkilikdə baş tutan kofidensial söhbətin detallarını mətbuata sızdırdığına görə Castin Trüdonu 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammitində Çinin sədri Si Cinpinin uşaq kimi danlaması isə Kanadanın baş nazirinin xarici siyasət kursunun fiaskosunun pik nöqtəsi oldu.

Bu reallıqlar ondan xəbər verir ki, Kanadanın keçmiş baş naziri Jan Kretyen Donald Trampa “qocanın qocaya çağırışı” kimi dişsiz müraciət ünvanlamaqdansa, bir ağsaqqal kimi ölkə tarixinə ən cavan baş nazir kimi düşmüş Trüdonun başına ağıl qoymağa cəhd göstərsə idi daha düzgün olardı.
Amma orası da var ki, bunun üçün ilk növbıədə gərək Castin Trüdonun özü Jan Kretyeni ağsaqqal kimi qəbul etsin. Əks halda, Jan kartye kimi “ağır artilleriya”nın Castin Trüdo kimi “yüngül texnika”ya dəstək vermək cəhdi Kanadanı Donald Trampın sərt siyasətindən sığortalaya bilməyəcək.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Yanvar 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri