Icma.az
close
up
RU
Keçmiş Baş nazir prezident olmaq iddiasında...

Keçmiş Baş nazir prezident olmaq iddiasında...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qabriel Attal namizədliyini rəsmən elan edib

Növbəti il keçiriləcək prezident seçkiləri ilə əlaqədar Fransada siyasi fəallıq xeyli artmaqdadır. Artıq bir sıra siyasətçilər seçkilərdə iştirak etmək niyyətlərini ifadə ediblər. Bir neçə gün əvvəl isə Fransanın keçmiş Baş naziri Qabriel Attal 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən elan edib. Bu addım onun sağ mərkəzçi siyasi blok daxilində mövqeyini gücləndirməyə yönəlmiş strategiyasında yeni mərhələ kimi qiymətləndirilir. 37 yaşlı siyasətçi namizədliyini Aveyron departamentində yerləşən və təxminən 700 nəfər əhalisi olan Mur-de-Barrez kommunasında açıqlayıb.

Q.Attal kimdir?

Attalın namizədliyini elan etməsi “La Tribune Dimanche” qəzetində dərc olunan və təxminən 500 yerli seçilmiş nümayəndənin imzaladığı müraciətdən bir neçə gün sonraya təsadüf edir. Həmin müraciətdə siyasətçiyə prezident seçkilərində iştirak etməsi üçün çağırış edilmişdi. 2024-cü ilin dekabrında partiya rəhbərliyinə seçildikdən sonra Attal müxtəlif ictimai görüşlər, “Yeni Respublikanın Gecələri” adlı siyasi təşəbbüslər və “Azad insan kimi” adlı kitabının təqdimatı ilə gündəmdə olub. Onun tərəfdarları həmin kitabı prezidentlik kampaniyasının başlanğıc nöqtəsi kimi təqdim edirlər.

Keçmiş hökumət başçısının mayın 30-da Parisdə böyük mitinq keçirməsi planlaşdırılır. Bu arada prezident düşərgəsində 2027-ci il seçkiləri üçün əsas favorit hesab olunan Eduar Filip ilə siyasi rəqabətin də daha da güclənəcəyi gözlənilir.

Qeyd edək ki, Q.Attal Prezident Makronun yaxın tərəfdaşı olub. Hələ 2016-cı ildən Makronla yaxın əlaqəsi  olan Attal 2017-ci ildə onun seçki kampaniyasında da fəal iştirak edib və Emmanuel Makronun prezident seçilməsində fəal dəstək göstərib. Sonradan Makron da bu dəstəyi əvəzsiz qoymayıb. Belə ki, Makron prezident seçiləndən sonra “dost”unu mükafatlandırıb. Mükafat isə parlamentə üzv seçilmək olub. 2020-ci ilə kimi bu vəzifədə qalan Q.Attal elə həmin ildə hökumətin sözçüsü təyin olunub. Bu vəzifədə də 2 il işlədikdən sonra Makron onu təhsil naziri təyin edib. Nəhayət, Makron Q.Attalı özündən sonra ən yüksək vəzifəyə - Baş nazir postuna təyin edib. Attal 2024-cü ilin yanvar-sentyabr aylarında bu vəzifəni daşıyıb.

Qeyd edək ki, Q.Attal da bir sıra fransız siyasətçilər kimi qatı ermənipərəstdir. O, daim erməni lobbisi ilə sıx əməkdaşlıq edir və onlar tərəfindən yüksək dəstək alır. Həmçinin, cinsi azlığın nümayəndəsi olan Q.Attal islamofob açıqlamaları və davranışları ilə də “məşhurdur”.

Ümumiyyətlə, Fransada prezident seçkilərinə bir il vaxt qalmasına baxmayaraq, aparılan yeni sorğu seçici meylləri barədə ilkin mənzərə təqdim edir. “Ifop” və “Fiducial” sorğu mərkəzləri tərəfindən “Sud Radio” radiosu və “Le Figaro” qəzeti üçün keçirilən sorğuya əsasən, ifrat sağçı Milli Birlik (Rassemblement National - RN) partiyası səsvermə niyyətlərində üstünlük əldə edir. Araşdırmaya görə, partiyanın lideri Jordan Bardella birinci turda 36 faiz səs toplamaq potensialına malikdir. Eyni partiyanı təmsil edən Marin Lö Pen namizəd olacağı təqdirdə nəticə 34-35 faiz arasında dəyişir.

Rəy sorğusuna əsasən, prezident düşərgəsini təmsil edən Qabriel Attal (“Renaissance” partiyası) 10-11 faiz səviyyəsində dəstək əldə edə bilər. Mərkəz düşərgəsini təmsil etmək üçün sorğuda adı çəkilən digər siyasətçilər - Jerald Darmanen və Sebastyen Lökornü isə 10 faizdən az səs toplayır.

Rəy sorğularının favoriti Eduard Filipdir

Sorğuda sol düşərgə bir neçə namizədin iştirakı ilə qiymətləndirilib. Jan-Lük Melanşon (“La France Insoumise” partiyası) 10-11 faiz, Rafael Qlüksmen isə 10-12 faiz səs əldə edə bilər. Ekoloqların lideri Marin Tondelye 5 faizdən aşağı, kommunist namizəd Fabyen Russel isə 3 faizdən az səs toplayır.

Sorğu, həmçinin göstərir ki, sosialistləri təmsil etmək üçün Fransua Olland namizəd olsa belə, 8 faizdən aşağı səs toplayacaq. Olivye Fore namizəd olacağı halda isə sosialistlərin dəstəyi 5 faiz səviyyəsinə düşür.

Sağ cinahın namizədi kimi təqdim edilən Brüno Rötayo (“Les Republicains” partiyası) müxtəlif ssenarilərdə 10-12 faiz səs qazana bilər. Əgər mərkəz və sağ blok vahid namizədlə seçkilərə qatılarsa, onun nəticəsi 17 faizə qədər yüksələ bilər.

Sorğuda ifrat sağın arxasınca mərkəzçi siyasi qüvvələr gəlir. əvvəlki sorğulara əsasn keçmiş Baş nazir Eduard Filip (“Horizons” partiyası) mərkəz blokunun vahid namizədi olacağı halda 16 faiz səs toplaya bilərdi. Lakin ən son sorğulara əsasən onun reytinqi əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, “Elabe” sosial sorğu mərkəzinin tanınmış siyasətçilərlə bağlı apardığı sorğuların nəticəsində E.Filip respondentlərin 50 faizdən çoxunun səsini qazanan yeganə siyasətçi olub. “Les Echos” qəzeti və “Radio classique” radiosunun sifarişi ilə reallaşdırılmış sorğuda 54 faiz səs qazanan sabiq Baş nazir fransız siyasətçiləri arasında birinci yeri tutub.

Təbii ki, seçkilər yaxınlaşdıqca ölkədə siyasi mübarizə daha da güclənəcək. Bu da namizədlərin reytinqində ciddi dəyişikliklərə səbəb ola bilər.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri