Icma.az
close
up
RU
Keçmiş baş nazirin oğlu villasında HƏBS EDİLDİ VİDEO

Keçmiş baş nazirin oğlu villasında HƏBS EDİLDİ VİDEO

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın keçmiş baş naziri Hovik Abrahamyanın oğlu, Ararat vilayətinin keçmiş rəhbəri və sabiq deputat Arqam Abrahamyan saxlanılıb.

“Yeni Sabah” erməni mediasına istinadən xəbər verir ki, Arqam Abrahamyan 2023-cü ildə Yerevanda dini icmanın ruhani rəhbərinin qətlə yetirilməsini sifariş etməkdə şübhəli bilinir.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, 30 aprel 2023-cü ildə Yerevanın Myasnikyan prospektində yerləşən binalardan birinin girişində S.V. adlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi üzrə yeni faktlar əldə edilib. Toyuqlu pizza

İstintaqın versiyasına əsasən, qətlin sifarişçisi Arqam Abrahamyan olub. Onun S.V.-nin Abrahamyanın həyat yoldaşı E.T. ilə şəxsi münasibətlərinin olduğunu və qadından külli miqdarda pul aldığını düşündüyü bildirilir.

İstintaq hesab edir ki, Abrahamyan mümkün münasibətlərə görə qisas almaq məqsədilə S.V.-ni öldürmək qərarına gəlib. Lakin qətli şəxsən törətmək əvəzinə özündən maliyyə və şəxsi asılılıqda olan təhlükəsizlik əməkdaşı G.H.-yə tapşırdığı iddia olunur.

İş üzrə Abrahamyana qarşı “sifarişli qətlin törədilməsinə təhrik etmə” maddəsi ilə ictimai cinayət təqibinə başlanılıb.

O, avqustun 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məsələ məhkəməyə təqdim ediləcək.

Ermənistan İstintaq Komitəsi Arqam Abrahamyanın saxlanılmasına dair görüntülər də yayıb. Kadrlarda maskalı Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının onun evinə daxil olaraq Abrahamyanı saxladıqları görünür.

Hadisə Ermənistan mediasında geniş rezonans doğurub. Çünki saxlanılan şəxs keçmiş baş nazir Hovik Abrahamyanın oğludur. Arqam Abrahamyan eyni zamanda biznesmen və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın kürəkənidir.

Erməni mediasının yazdığına görə, söhbət 2023-cü ildə öldürülən şəxsin “Avetaranın iman xristianları” dini təşkilatının ruhani rəhbəri S.V. olmasından gedir. Qətldə şübhəli bilinən G.H. ilə bağlı cinayət işi artıq məhkəmədədir və onun vəkili müvəkkilinin ittihamı qəbul etmədiyini bildirib. Vəkilin sözlərinə görə, Arqam Abrahamyanın həmin hadisə ilə əlaqəsini təsdiqləyən faktların mövcudluğu da sual altındadır.

Bununla yanaşı, Ermənistan İstintaq Komitəsi Arqam Abrahamyanın qətlin sifarişçisi olması ilə bağlı istintaq versiyasının əsaslandırılması üçün faktiki məlumatların əldə edildiyini açıqlayıb.

Hazırda iş üzrə araşdırmalar davam edir və Abrahamyanın təqsiri məhkəmənin yekun qərarı ilə müəyyənləşməlidir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri