Icma.az
close
up
RU
Keçmiş həbsxana lüks otel olacaq

Keçmiş həbsxana lüks otel olacaq

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyada keçmiş həbsxana binasında yaradılan lüks otelin açılışına hazırlıq gedir. Hoshinoya Nara Prison adlı layihə ilk qonaqlarını 25 iyun 2026-cı il tarixində qəbul edəcək. Oteldə rezervasiyalar isə 20 yanvar tarixindən etibarən başlayacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, obyekt Nara şəhərində (Nara prefekturası) yerləşir və Yaponiyada keçmiş həbsxana binası əsasında yaradılan ilk lüks otel olacaq.

Kameralar yerini lüks otaqlara verir

Oteldə ümumilikdə 48 lüks nömrə fəaliyyət göstərəcək. Hər bir nömrə əvvəlki həbsxananın 9–11 təkadamlıq kamerasının birləşdirilməsi ilə hazırlanıb. Nömrələr yuxu, istirahət və yemək üçün ayrıca zonalara bölünüb.

Otelin rəsmi məlumatına əsasən, bir gecənin qiyməti orta hesabla 200–250 dollar təşkil edir.

Keçmiş izolyasiya məkanı – indi sakitlik və harmoniya üçün

Mediada qeyd olunur ki, interyer dizaynı “sakit tənhalıq” atmosferi yaratmağa hesablanıb. Layihə müəllifləri vaxtilə insanları təcrid etmək üçün istifadə edilən bu məkanı yenidən düşünərək onu “sükut və daxili harmoniya” məkanına çevirməyə çalışıblar.

Bəzək işlərində əsrlik əl işi qırmızı kərpic hörgü ilə müasir polad konstruksiyalar bir araya gətirilib.

Meyci dövrünün tarixi abidəsi

Otel keçmiş Nara həbsxanasının binasında yerləşir. Bu tikili Meyci dövründə (1868–1912) inşa edilən “Beş böyük həbsxana” kompleksindən günümüzə qədər gəlib çatan yeganə bina hesab olunur. 2017-ci ildə bina Yaponiyanın Milli əhəmiyyətli mədəni sərvətləri siyahısına daxil edilib.

1908-ci ildə inşa edilən bu tarixi qırmızı kərpic bina diqqətlə bərpa olunaraq lüks otel kompleksinə çevrilib.

Muzey də açılacaq

Məlumata görə, otellə paralel olaraq 27 aprel 2026-cı il tarixində Nara keçmiş həbsxana muzeyi də ziyarətçilər üçün açılacaq. Muzeyin məqsədi bu məkanın tarixi və memarlıq irsini qorumaq və gələcək nəsillərə ötürməkdir.

Beləliklə, ərazidə iki format olacaq:

HOSHINOYA Nara Prison – gecələmə üçün lüks otel,

Nara həbsxanası muzeyi – gündüz ziyarətçiləri üçün açıq ictimai məkan.

Layihə müəllifləri bunun abidənin geniş ictimaiyyət üçün əlçatanlığını qorumağa kömək edəcəyini bildirirlər.

Həbsxanadan restorana

Kompleksin memarlıq layihəsi tanınmış memar Keydzhiro Yamaşita tərəfindən hazırlanıb. Tikili mərkəzi nəzarət postundan ayrılan bir neçə qanadlı radial plan quruluşu ilə seçilir və Qərb mənşəli Havilend sistemi əsasında qurulub.

Oteldə tarixi elementlər – qırmızı kərpic fasadlar, polad karkaslar və radial korpus düzümü saxlanılıb.

Eyni zamanda məkan müasir tələblərə uyğunlaşdırılıb: əvvəllər məhbusların saxlanıldığı korpus zərif restorana çevrilib. Burada qonaqlara Qərb kulinariya texnikalarını Yapon ənənəvi dadları ilə birləşdirən yapon-fransız mətbəxi təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Yanvar 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri