Icma.az
close
up
RU
Keçmiş hərbçi qardaşını öldürüb Məhkəmə

Keçmiş hərbçi qardaşını öldürüb Məhkəmə

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Nahid Abbasov hadisəni görmədiyini bildirib:

"Amin bu işi görəcəyini bizə deməmişdi. Əgər bilsəydim, qoymazdım. Hadisədən bir gün qabaq Aminlə Aslan mübahisə etmişdilər. Amin ona deyirdi ki, tərgit bu əməllərini, əl çək bu tüfeyli həyatdan. Amin istəyirdi ki, belə həyat sürdüyünə görə o qapısını bizim evdən ayırsın. Gündə Aslanla bağlı bir şikayət gəlirdi ki, qardaşın mal satır, bizi tutdurur. Aslan gedib market soyurdu, sahibləri kamera görüntülərini gətirib Aminə  göstərirdilər ki, qardaşın mağazamızı soyub. Həmişə Amini hədələyirdi, təhqir edirdi yoldaşımı. Deyirdi ki, evqarışıq ailəni yandırıb, səni öldürəcəm. Əvvəldən yaxşı  münasibətdə olmuşuq, Aslan narkotikə qurşanandan hər şey  pisləşdi. Bir dəfə Aminin barmağını da sındırmışdı".

Şahid Əli Loğmanov həmin gün həyətdə ev işi gördüyünü deyib:

"Səhər saat 10-11 vaxtları idi. İş gördüyüm yerdə birdən qəfil qışqırıq səsi eşitdim. Bağırırdı ki "Öldürdüm, öldürdüm.Gedirəm təslim olmağa". Tez qaçdım ora, Amini görmədim, keçdim əmisigilə, orada yox idi. Onların otağına keçəndə Aslanı üzüqoylu yerdə, kürəyinə qara örtük salınmış  gördüm.Gəlin də qucağında uşaq ağlayırdı".

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib. 

Xatırladaq  ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Onu da qeyd edək ki,Aslan Nuri azyasli körpəsinin gözü qarşısında qətlə yetirilib.Hadisədən sonra Amin Nuri qucagında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü bildirərək könüllü polisə gedəcəyini deyib. Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğü bildirilib.

Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.

Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə  ittiham irəli sürülüb.

Orxan Rasifoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Mart 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri