Məzuniyyətin pulla əvəzlənməsinə qadağa qoyulmasının səbəbi açıqlandı
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Məzuniyyət hüququnun təmin edilməsi üzrə dəyişikliklər işçilərin istirahət hüququnun real təmin edilməsinə və milli qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırılmasına xidmət edir”.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Nazir müavini qeyd edib ki, layihəyə əsasən, əmək münasibətlərinə xitam verilməsi zamanı kompensasiya ödənilməsi istisna olmaqla, Əmək Məcəlləsində nəzərdə tutulan minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir:
“Burada əsas məqsəd məzuniyyət hüququnun yalnız maliyyə təminatı kimi deyil, işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulmuş fundamental hüquq kimi təmin edilməsidir.
Başqa sözlə, işçinin əmək məzuniyyəti hüququnun mövcudluğu ilə yanaşı, həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz.
Layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı halların daha dəqiq müəyyən edilməsi nəzərdə tutulur. Bu da praktikada məzuniyyətin keçirilməsi ilə bağlı yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcəkdir.
Eyni zamanda, müvafiq dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət keçməni tənzimləyən qanunvericilik aktlarına da şamil edilməsi nəzərdə tutulur”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 11 Noyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















