Icma.az
close
up
RU
Keçmiş məcburi köçkün: Cəbrayılı 8 yaşımda tərk etdim, sərhədçi anası kimi qayıdıram

Keçmiş məcburi köçkün: Cəbrayılı 8 yaşımda tərk etdim, sərhədçi anası kimi qayıdıram

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəbrayılı məcburi tərk edəndə 8 yaşım vardı. Bu gün ora sərhədçi anası kimi qayıdıram.

“Report” xəbər verir ki, bunları Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Sevinc Hüseynova deyib.

O, qeyd edib ki, həyatının unudulmaz günlərindən birini yaşayır: “Çox sevincliyəm. Qürur hissi keçirirəm. Həyəcan keçirirəm. Bu sevinci bizə yaşadan dövlət başçısına aləmiz, bütün Cəbrayıl sakinləri adından təşəkkür edirik.

Məcburi köçkünlər həmişə Prezident İlham Əliyevin diqqətində olub. Dövlət başçısı bu illər ərzində məcburi köçkünləri daim nəzərində, diqqət mərkəzində saxlayıb. Sosial müavinətlər, övladlarımızın təhsil haqlarından azad olunması, eləcə də kommunal xərclərdən azad edilməyimiz bizim hər zaman diqqət və qayğı ilə əhatə olunduğumuza əyani sübutlardandır”.

“Həmişə arzu edirdik ki, Cəbrayıla gedək. Bu gün ora böyük arzularla, ümidlərlə qayıdırıq. İnşallah yurdumuzda daim sevinc, qürur hissi ilə yaşayarıq.

Oğlum sərhədçidir. Vətənimizin, sərhədlərimizin keşiyində dayanan hər bir hərbçimizə, qəhrəmanlarımıza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. İnşallah yurdumuzda çox rahat, xoşbəxt yaşayarıq”, - keçmiş məcburi köçkün əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Yanvar 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri