Icma.az
close
up
RU
Keçmiş məhkumlar oğurluq əməllərini davam etdiriblər

Keçmiş məhkumlar oğurluq əməllərini davam etdiriblər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonu ərazisində evlərin birindən 2500 manat pul və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Namazov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin Binəqədi rayonu ərazisində evlərin birindən 3000 manat, 300 dollar pul vəsaiti, 4500 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və 3 mobil telefonu oğurlaması da müəyyənləşdirilib.

Binəqədi rayonu ərazisində bir nəfərə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənə 14 min manat dəyərində maddi ziyan vurulması barədə də polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 50 yaşlı B.Allahverdiyev və 35 yaşlı C.Quliyev saxlanılıblar.

Bundan başqa, Qaradağ rayonu ərazisində evlərin birindən 380 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 53 yaşlı F.Vəliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri