XİN in əməkdaşları Qələbə qaçışı nda iştirak ediblər
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi "Qələbə qaçışı"nda iştirak ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
"Zəfərimizin qürurunu, milli birliyimizi və həmrəyliyimizi əks etdirən bu əlamətdar tədbirdə iştirak etməkdən məmnunuq!
Yaşasın qalib Azərbaycan", - paylaşımda bildirilib.
Xatırladaq ki, Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi "Qələbə qaçışı" keçirilib. Altıncı dəfə baş tutan "Qələbə qaçışı" bu il rekord sayda iştirakçını bir araya gətirib. Yarışda 2000-ə yaxın şəxs iştirak edib.
Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat məbləğində ianə edib. Toplanan vəsaitin tam hissəsi "YAŞAT" Fonduna köçürüləcək.
Qeyd edək ki, "Qələbə qaçışı" 2021-ci ildən etibarən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















