Icma.az
close
up
RU
Keçmiş nazirdən Paşinyanın Qarabağ və Qərbi Azərbaycanla bağlı təklifinə reaksiya: Onlar istəyir ki...

Keçmiş nazirdən Paşinyanın Qarabağ və Qərbi Azərbaycanla bağlı təklifinə reaksiya: Onlar istəyir ki...

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana paralel şəkildə Qarabağ ermənilərinin qayıdışı və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələlərini bağlamağı təklif edib. O, bu iki mövzunu paralel bağlamaq üçün birgə yol xəritəsi qəbul etməyə çağırıb.

Bəs Paşinyanın bu təklifini nə ilə əlaqələndirmək olar? Belə bir təkliflə razılaşmaq olarmı?

Redaktor.az-a məsələ ilə bağlı danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, təklif ümumi şəkildə səsləndirilir:

"Təklif olunan və hələ də açıqlanmayan məsələlər var, hansı ki, Paşinyan istəyir ki, onlar öhdəliklər kimi hansısa sənədə daxil olsun. Burada yol xəritəsini nəzərdə tuturam. Ümumiyyətlə, Azərbaycan prinsip olaraq belə məsələlərə bərabər baxılmasının hər zaman tərəfdarı idi. Bu təklifdə ilk olaraq mən onu görürəm ki, mövzulara bərabər şəkildə baxılmalıdır. Azərbaycan bu prinsipi həmişə dəstəkləmişdi və indi də dəstəkləyir. Baxaq görək, bu təklifin arxasında nələr dayanır".

O vurğuladı ki, hər halda, bu təklifin irəli sürülməsi təsadüfi deyil.

"Çünki Avropa İttifaqı Ermənistanla əməkdaşlığın əsasları barəsində sənəd qəbul edib. Orada Qarabağda yaşamış ermənilərin problemləri barəsində fikirlər səslənib. Bu isə qəbuledilməzdir və Azərbaycan buna etirazını bildirib. Daha sonra yenidən Azərbaycan bu məsələni vurğulayıb, yəni gündəmə qaytarıb. İndi isə bu vəziyyətə cavab olaraq Nikol Paşinyanın belə bir təklifi ortaya çıxır. Gəlin diqqətlə izləyək, baxaq görək, bu məsələ nə şəkildə inkişaf edəcək", - deyə Tofiq Zülfüqarov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri