Icma.az
close
up
RU
Paşinyanın təklifinə Azərbaycandan REAKSİYA

Paşinyanın təklifinə Azərbaycandan REAKSİYA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyədən Azərbaycana yükdaşıma üçün Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutunu təklif edib.

O bildirib ki, əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, rəsmi İrəvan bu istiqaməti dərhal tranzit üçün açmağa hazırdır. "Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”, - Paşinyan qeyd edib.

Ancaq Paşinyanın təklif etdiyi yola münasibət birmənalı deyil. 

Xəritəyə əsasən, Paşinyanın təqdim etdiyi marşrut Türkiyə-Ermənistan sərhədindəki Marqara keçid məntəqəsindən başlayır. Yüklər əvvəlcə İğdır vilayətindən Arpaçay körpüsü üzərindən Ermənistana daxil olacaq, daha sonra Yeğeqnadzor (Vayots Dzor vilayəti) və Sisian (Sünik vilayəti) şəhərlərindən keçərək Gorusa, oradan isə Kornidzor istiqamətinə hərəkət edəcək. Kornidzor kəndi Azərbaycan sərhədinə, yəni keçmiş Laçın dəhlizinin başlanğıc nöqtəsinə çox yaxındır. Azərbaycan tərəfi hələlik təklifə reaksiya verməyib.

Modern.az-a açıqlamasında Milli Məclisin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Azərbaycanın Türkiyə ilə əlaqəsi üçün heç də bu marşruta ehtiyac yoxdur:

“Türkiyə ilə əlaqəmiz Gürcüstan vasitəsilə baş tutur. Həm dəmir yolu, həm də avtomobil yolu mövcuddur. Bunlar yolun içərisində Sisian və Gorus var deyirlər. Belədirsə, həmin Sisian və Gorusu Naxçıvandan kommunikasiya üçün açsınlar. Türkiyə də oradan gəlib keçə bilər”.

Parlamentari vurğulayıb ki, Ermənistan belə təkliflərlə Zəngəzur dəhlizini gündəmdən çıxara bilməz:

“Ona görə ki, dəmir yolu oradan keçir. Onlar hesab edirlər ki, ora dəmir yolu üçün qalsın, avtomobil yolu isə Sisian-Gorus yolundan istifadə edilsin. Bizə birinci növbədə Naxçıvandan avtomobil yolu ilə kommunikasiyanın açılması lazımdır. Dəmir yolu Naxçıvandan yüklərin daşınması üçün, insanların keçidi üçün təmin olunacaqsa, buyursunlar. Ermənilər bizim yoldan keçə bilmirlər. Sadəcə olaraq, qazax və rus yükləri Azərbaycandan keçərək Gürcüstan vasitəsilə Ermənistana daxil ola bilər. Bunlar da yolu sadəcə Türkiyə avtomobilləri üçün açmaq istəyirlər. İnanmıram ki, Türklərin bu yolda elə də böyük marağı olsun”.

Xatırladaq ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb. Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri