Icma.az
close
up
RU
Keçmiş nişanlısına psixoloji mənəvi təzyiq etdi, Türkiyədə təhsil alan tələbənin aldatdı...

Keçmiş nişanlısına psixoloji mənəvi təzyiq etdi, Türkiyədə təhsil alan tələbənin aldatdı...

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində ali təhsil alan azərbaycanlı tələbə Pərvanə 2023-cü ilin fevral ayında baş verən dəhşətli zəlzələdən sonra qorxuya düşüb və ora qayıtmamaq qərarı verib. Təhsilini Azərbaycanda davam etdirmək istəyən azərbaycanlı tələbə Bakıdakı universitetlərdən birinə köçürülmək istəyərkən dələduzluğun qurbanı olub.

Bizimyol.info xəbər verir ki, əvvəllər bir neçə dəfə dələduzluğa görə cəzalandırılan Qüdrət Hacıbabayev onu da aldadaraq, 3150 manatını ələ keçirib.

1995-ci il təvəllüdlü Qüdrət özünü bir neçə universitet bitirmiş, təhsil sahəsində çalışan şəxslərlə əlaqəsi olan biri kimi təqdim edib. Pərvanə Azərbaycanda istənilən universitetlərin birində təhsilini davam etdirməyə razı olsa da, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsini vəd edib. Köçürmənin qiymətinə gəlincə, tələbədən bunun üçün 3000 manat pul istəyib. Pərvanə anasına bu barədə məlumat verəndə anası deyib ki, əvvəl gedib bu şəxsin özünü görsünlər, onunla söhbət etsinlər. “28 Mall”da görüşüb, ona inanandan sonra Qüdrət Hacıbabayevin verdiyi bank kartına istədiyi 3000 manatı bir neçə dəfəyə göndəriblər.

Bir müddət sonra Qüdrət zəng edərək, Türkiyədə olduğunu, onun işlərini həll etdiyini bildirib. Deyib ki, ona məxsus attestatı universitetdən götürüb, sənədlərinin içərisinə qoyacaq, sentyabr ayında dərslərə başlayacaq, Bakı Dövlət Universitetində attestat lazım olacaq. Qüdrət onu da qeyd edib ki, Ərzurum şəhəri uzaqdır, bunun üçün əlavə 300 manat verilməlidir. Lakin Pərvanə və anası 300 manat olmadığını bildirib, 150 manat ödəməyə razılaşıb. Onlar bu məbləği bank kartına göndəriblər.

Zaman keçdikdən sonra verilən vədin yerinə yetirilmədiyini görən tələbə və anası pulu geri istəyib. Pul da qayıtmayanda onlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət ediblər.

Qüdrət Hacıbalayev 3150 manat pul aldığını məhkəmədə də etiraf edib. O, bildirib ki, qanunvericilikdə köçürmə ilə bağlı dəyişiklik olduğundan müraciətlərin hamısına imtina gəlib. O, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

Qeyd edək ki, Qüdrət Hacıbalayev bu iş üzrə məhkəmə qarşısına çıxarılanda onun haqqında artıq Bərdə Rayon Məhkəməsi, Nizami Rayon Məhkəməsi və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 3 dəfə hökm çıxarılmış, ona ümumilikdə 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu.

Qüdrət Hacıbalayev buna qədər Bərdə Rayon Məhkəməsinin hökmü ilə keçmiş nişanlısını intihar həddinə çatdırmağa görə 3 il 6 ay azadlıqdan məhrum edilib. İttihama əsasən, həkim olan nişanlısı və ailəsi onun dələduzluq əməllərindən xəbər tutub. Həmçinin aldatdığı adamların bir qisminə nişanlısının, onun yaxınlarının adlarını verib. Nəticədə o insanları hüquq-mühafizə orqanlarına çağırıblar. Bu səbəbdən qız nişanı qaytaranda onu fotolarını yaymaqla şantaj edib. Sosial şəbəkədə saxta hesab açaraq, onun şəxsi fotolarını yayıb, qardaşına göndərib və s. Bütün bunlardan bezən qız sirkə turşusu içərək, özünə qəsd edib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri