Icma.az
close
up
RU
Keçmiş səfirin qızına cinayət işi açıldı

Keçmiş səfirin qızına cinayət işi açıldı

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin keçmiş direktoru Səhər Orucovanın rəhbərliyi dövründə ciddi qanun pozuntularına yol verildiyi iddia edilir.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a kollecdə çalışan bir qrup müəllim məlumat verib.

İddialara görə, Səhər Orucova təhsil ocağının imkanlarından ancaq öz maraqları üçün istifadə edib. Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi kollecdə yoxlamalar aparıb, pozuntuları aşkara çıxarıb.

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yoxlamaların aparıldığını təsdiqləyib və bunun Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyi vurğulanıb.

“Yoxlamalar nəticəsində S.Orucovanın əmək fəaliyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə və küllü miqdarda mənimsəmə halları müəyyən edilib. Aparılmış araşdırma materialları əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə) maddələri üzrə cinayət işi başlanılıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, bununla əlaqədar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 30 iyun 2025-ci il tarixli müvafiq əmri ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Səhər Orucova ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi səbəbindən xitam verilib.

Səhər Orucova açıqlamasında barəsində səslənən iddialarla bağlı məlumatsız olduğunu deyib:

“İlk dəfədir haqqımda belə fikirlər eşidirəm. Bunlar səhv məlumatlardır. Cinayət işi ilə bağlı da xəbərsizəm, bunu da ilk dəfə eşidirəm”.

Məsələ ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Preventiv tədbirlər və təhqiqat idarəsinə də sorğu ünvanlanıb.

Qeyd edək ki, Səhər Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, həmçinin Azərbaycanın Qırğız Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun qızıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri