Deputat Ağsunun problemlərindən danışdı
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ağsunun bir sıra kəndlərində, eləcə də şəhərin özündə məktəblərin tikintisinə və əsaslı təmirinə böyük ehtiyac var. Belə ki, Padarqışlaq və Daşdəmirbəyli kəndlərində tam orta məktəb binalarının tikintisi zəruri xarakter daşıyır. Bunlar əhalinin sıx yaşadığı böyük kəndlərdir. Həmin ərazilərdə məktəblərin inşa edilməsi insanların yaşadıqları yerdə qalması, mərkəzə köçməməsi və daxili miqrasiyanın qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıyır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
“Bununla yanaşı, Kəndoba kənd məktəbində də eyni problem mövcuddur. Məktəb binası acınacaqlı vəziyyətdədir. Eyni zamanda, şəhərdə yerləşən 2 saylı məktəbdə də uzun müddətdir təmir işləri aparılır, lakin hələ də başa çatdırılmayıb. Nəticədə şagirdlər başqa məktəblərdə təhsil almaq məcburiyyətində qalırlar.
Ağsunun ən böyük problemlərindən biri də adının ifadə etdiyi məna ilə real vəziyyət arasındakı paradoksdur. Yəni adında “su” sözü olsa da, şəhərin ən böyük problemi məhz su problemidir. “Ağ” sözünü də buraya aid etmək mümkün deyil, çünki suyun rəngi də mahiyyət etibarilə ağ deyil”, – deyə o bildirib.
Depuutat qeyd edib ki, yerli və regional strukturlar bu problemlərin həlli istiqamətində öz imkanları daxilində müəyyən addımlar atırlar:
“Lakin bu, onların mövcud imkanları hesabına həll edilə biləcək məsələ deyil. Ağsu şəhərinin içməli su təchizatının yaxşılaşdırılması üçün İsmayıllı rayonu ərazisindən təxminən 7 kilometrlik məsafədə su kəmərinin çəkilməsi şəhərin su problemini həll edə bilər.
Digər məsələ isə Bakı-Oğuz-Qəbələ su xəttinin yaxınlığında yerləşən kəndlərlə bağlıdır. Daşdəmirbəyli, Çaparlı, Qiyaslı, Ərəbuşağı, Ağalarbəyli, Abasxanlı, Qaraqoyunlu və Musabəyli kəndləri həmin kəmərin yaxınlığında yerləşir. Bu kəndlərə qısa məsafədən su xətlərinin çəkilməsi ilə onların içməli su problemini həll etmək, eyni zamanda Ağsunun adını onun reallığı ilə uyğunlaşdırmaq olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Noyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















