Kəlağayı almaq adı ilə dələduzluq edən şəxs həbs edildi
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kəlağayı almaq adı ilə 5000 manat dələduzluq edən şəxs həbs edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, təqsirləndirilən şəxs İnstaqram sosial şəbəkəsində kəlağayı satışı həyata keçirən səhifələrdən birinə qarşı dələduzluq edib.
Belə ki, hər biri 40 manat olmaqla cəmi 1000 manat dəyərində 25 ədəd 65x190 sm ölçüdə; hər biri 60 manat olmaqla cəmi 1320 manat dəyərində 150x150 sm ölçüdə 22 ədəd; hər biri 50 manat olmaqla cəmi 2650 manat dəyərində 150x150 sm ölçüdə 53 ədəd; hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində 02 ədəd 80x80 sm ölçüdə kəlağayı baş örtüklərini alacağını vəd edərək ümumilikdə 5000 manat məbləğində ziyan vuraraq dələduzluq edib. O, dükanını göstərərək zərərçəkəni inandırıb. Xarici vətəndaşlara tanıtdıqdan sonra 3-4 gün ərzində pulunu verəcəyi barədə yalan vəd verib.
Səbail rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək və ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Baxış sayı:107
Bu xəbər 05 İyul 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















