Icma.az
close
up
RU
“Kəlağayı Günləri 2025” layihəsi çərçivəsində ilk tədbir

“Kəlağayı Günləri 2025” layihəsi çərçivəsində ilk tədbir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Kəlağayı ev-muzeyi”ndə “Kəlağayı Günləri – 2025” layihəsinin ilk tədbiri keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı layihə barədə geniş məlumat verib. O bildirib ki, milli dəyər olan kəlağayının təbliği illərdir davam etdirilir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov milli dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

“İctimai Birlik beş ildir ardıcıl olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibidir. 2024-cü ildə Xətai rayonunda Heydər Əliyev parkındakı amfiteatrda ilk Kəlağayı festivalı, 2025-ci ildə isə ikinci festival keçirilib. Muzeyin ekspozisiyalarının artması üçün daha geniş məkana ehtiyac var və bu istiqamətdə rayon rəhbərliyi tərəfindən addımlar atılır”,- deyə o əlavə edib.

Araşdırmaçı-yazar, publisist Vaqif Osmanlı vurğulayıb ki, kəlağayı nənələrdən miras qalmış mənəvi əmanətdir və Güllü Eldar Tomarlının mənəvi dəstəyi ilə kəlağayı mövzusunda bir sıra kitablar və mahnılar ərsəyə gəlib.

Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri – Əmək qəhrəmanı Tərlan Musayeva, Fəxrəddin Mahmudov, Eyzanat Osmanova, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, Polad Ağa və digərləri Güllü Eldar Tomarlının Vətən, kəlağayı və papaq sevgisi ilə reallaşdırdığı tədbirlərdən söhbət açıblar.

Bədii hissədə gənc aşıq Dərya Nəsibova musiqi nömrələri ilə çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri