Icma.az
close
up
RU
Kəlağayı Günləri 2025

Kəlağayı Günləri 2025

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Tovuz Rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi üzrə Tovuz yazarlarından olan şairə Brilyant Atəşin "Nənəmin kəlağayısı" kitabının təqdimatı keçirilib. Kitabda şairin son illərdə yazdığı esseləri, şəhidlərimizə həsr etdiyi şeirləri, milli dəyərlərimizin tərcümanı olan kəlağayı haqqında şeirləri cəm olub.

 Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan  Mirvarid Dilbazi Poeziya Məclis İctimai Birliyinin sədri, Kəlağayı ev Muzeyinin direktoru şair, publisist Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, Vətənə, ilahi sözə ləyaqətli xidməti olan, el-obasının sevinci, qəmi ilə nəfəs alan Brilyant Atəşin bu kitabında son illərdə yazdığı şeirlər toplanıb. Doğulduğu, boya-başa çatdığı, müəllim kimi şərəfli işlə məşğul olduğu ərazinin söz mühiti onun yaradıcılığını cilaladığını vurğulayıb.

Tovuz rayon mərkəzi kitabxanasının direktoru Güldərən İbrahimova öz çıxışında bildirdi ki, milli dəyərlərimizin təbliğatı mədəniyyətimizin inkişafına yaxşı təsir edir. Bu yöndə tədbirlər keçirilməyi çox vacibdir.

Tədbirdə Nazim Əhmədoğlu, Zəkiyyə Musaqızı, Vaqif Qədirzadə, Lətif Əzizoğlu və digər şairlər, şəhid Cilingir Nəbiyevin anası Xatirə xanım Məmmədova da çıxış edərək qeyd etdilər ki, Brilyant xanım milli ruha, milli kökə, milli mənəvi dəyərlərə bağlı, onlara xüsusi önəm verən, yaşadan, mənəvi saflığı insanın ali xisləti kimi təqdim edən Azərbaycan qadınıdır. Bu kitabına “Nənəmin kəlağayısı” adınının verməsi də təsadüfi deyil. Min illərin yadigarı namus, qeyrət, abır-həya rəmzi kəlağayını vəsf edən şeirlərində əsas meyar milli baş örtüyümüzün ötürdüyü mənəviyyat dərsləridir.

Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, milli qadın geyimlərinin bir qolunu təşkil edən kəlağayımızın geniş təbliğ etməkdə məqsədimiz  onun əzəlki şan - şöhrətini özünə qaytarmaq, tarixi, istehsalı, istifadəsi  haqqında gənc nəsli maarifləndirmək, beynəlxalq səviyyədə çatdırmaqdır.

Bu layihəyə  Kəlağayı Ev Muzeyindən başladıq, Bakı Xətai Sənət Mərkəzində, bu gün də Tovuzda qeyd olunur. Sonra Gəncə, Qazax, Cəlilabad, Bərdə, Sumqayıt və digər bölgələrimizdə qeyd olunacaq.

Kəlağayımız 2014- cü ildə Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi- mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Beləliklə,  Noyabrın 26 Kəlağayı Günüdü.  Bu münasibətlə 26 Noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında final konsertimiz- "Kəlağayı Bayramı" nı qeyd edəcəyik.

Güllü Eldar Tomarlı Tovuz rayon mərkəzi kitabxanasının direktoru  Güldərən İbrahimovaya  və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri